backend

Polad Bülbüloğlu: Ukraynaya öz Heydər Əliyevi lazımdır

Polad Bülbüloğlu: Ukraynaya öz Heydər Əliyevi lazımdır






















“İlham Əliyev Ukraynadakı vəziyyətdən narahatdır”.

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Ukraynadakı vəziyyət Azərbaycan hökuməti və prezidentində narahatlıq doğurur.

“EkoQrad”ın məlumatına görə, Polad Bülbüloğlu bu barədə Rusiya İctimai Palatasının iclasında çıxışı zamanı bildirib, qaynarxett.az haqqin.az-a istinadən xəbər verir.

Bundan başqa, Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Donetsk, Luqanskdakı qarşıdurma arasında müqayisə aparıb.

Bu gün Ukraynadakı vəziyyətin Azərbaycanda 90-cı illərin əvvəlində olan vəziyyəti xatırlatdığını bildirən səfir qeyd edib ki, Ukraynaya öz Heydər Əliyevi lazımdır.

“Rusiya əsrlərlə post-sovet məkanında əsas ölkə olsa da, Cənubi Qafqazda İran və Türkiyə də var, və onların maraqlarını nəzərə almamaq qeyri-mümkündür”, - deyə, o bildirib.