backend

Xəzər TV-nin aparıcısı GÖRÜN NƏ DANIŞIR: "Lənkəran Respublikası qurmuşuq"

Xəzər TV-nin aparıcısı GÖRÜN NƏ DANIŞIR: "Lənkəran Respublikası qurmuşuq"

Xəzər TV-nin aparıcısı Çiçəyin efirdə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Qaynarxett.az A24.Az-a istinadən xəbər verir ki, 103.3 FM-dəki verlişi zamanı xanım aparıcı Xəzər TV-də yayımlanan verlişini anons edib. Çiçək “O başdannan” proqramından danışarkən “Lənkəran Respublikası qurmuşuq, sabah saat 10-da bütün lənkəranlıları buraya dəvət edirəm”, – deyə bildirib.

Onun bu sözləri birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri aparıcını separatçı çıxış etməkdə ittiham ediblər.