Fazil Məmmədovun kadrı sahibkarlara təzyiq edir

Sosial 31-03-2018, 13:01
Fazil Məmmədovun kadrı sahibkarlara təzyiq edir















Sabiq Vergilər Naziri Fazil Məmmədovun vəzifəsindən azad olunmasi ilə sahibkarlara zülüm edən bir cox vergi əməkdaşlari da vəzifəsindən uzaqlaşdırıldı . Ölkə başcısı İlham Əliyev də öz cıxışlarında da bildirdiyi kimi haqsiz yerə sahibkarlardan “haqq “ istəmək dövlətə və aparılan islahatlara xəyanət etməklə yanaşı belə vergi əməkdaşlarının az qala peşə fəaliyyətinə cevrilmişdi. Və bu da ölkə sahibkarlarinin haqlı narazlığına səbəb olurdu.

Yeni Vergilər Naziri M. Cabbarovun bu tip vergi əməkdaşlarına qarşi atdığı qətiyyətli addımlar heç şübhəsiz öz səmərisini tezliklə göstərəcək. Lakin F.Məmmədovun zamanından dişlərində şirə qalan bəzi vergi əməkdaşlari var ki , öz cirkin və rüşvətxor əməlləri ilə aparılan ugurlu islahatlara kölgə salırlar . Görünür, bəzi rüşvətxor vergi əməkdaşları mütərəqqi islahatların gedişində öz kürsülərində onsuz da cox duruş gətirə bilməyəcəklərini dərk etdiklərindən nə qədər mümkündürsə daha cox vəzifə səlahiyyətlərindən istifadə etməklə var-dövlət yigmaga calişirlar .

Son vaxtlar sahibkarların ən cox şikayət etdiyi vergi məmurlarindan biri də sabiq Vergilər Naziri F.Məmmədov “məktəbinin sadiq yetirməsi “ İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin Direktoru Vüsal Azər oglu İsmayılovdur . Sahibkarlar şikayət edir ki, Vüsal İsmayılov öz idarəsində “iri bazar” acib. İri Vergi Ödəyiciləri ilə İş İdarəsininDirektoru V. İsmayılov öz vəzifə səlahiyyətlərindən istifadə edərək iri vergi ödəyicisi olan şirkətlərə təyziq edir ki, bütün alqı-satqı müqavilələri və pul köcürmələri yalniz onun çətiri altinda işləyən şirkətlər vasitəsi ilə aparılsın. Hətta ayrı-ayrı şirkətlərlə baglanmiş müqavilələri ləgv etdirməkdən də cəkinmir. Tabe olmayan şirkətlərin isə min cür bahənələrlə hesabları baglanır və ya qanunsuz olaraq iri məbləglərdə cərimələrlə şirkətin iş fəaliyyəti çətinləşdirilir .

Dövlət sifarişlərini yerinə yetirən , tenderlərin qalibi olan iri vergi ödəyicisi olan şirkətlər isə fəaliyyətlərində problem yaranmasın deyə Vüsal İsmayilovun caldigi havaya oynamaga məcbur olurlar. Adının cəkilməsini istəməyən bir iş adaminin bildirdiyinə görə, baxmayaraq ki , Vüsal İsmayılovun himayə etdiyi şirkətlərin şərtləri daha agırdır amma başqa sərfəli şirkətlərlə əməkdaşliq etsələr Vüsal İsmayılovun qəzəbi daha ağır olar.

Aldığımız digər bir məlumata görə, Vüsal İsmayılovun kirli işlərinə Faiq adli yaxını nəzarət edir . Bildiyimiz qədər Vergilər Naziri M. Cabbarovun əsas mübarizə apardığı sahələrdən birincisi qanunsuz pul köcürmələri və nağdlaşdırma olsa da necə ola bilər ki, İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun açdığı "obnaliçka" bazarından xəbərsizdir ? \\istiqlal.az\\
Oxunub: 279
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10