backend

İmişli İcra Hakimiyyətinin ''ulduz'' sektor müdiri - ''Atam hər şeyi yoluna qoyacaq'' VİDEO

İmişli İcra Hakimiyyətinin ''ulduz'' sektor müdiri - ''Atam hər şeyi yoluna qoyacaq'' VİDEO














İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyndə olan Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin mühəndisi Əlisəfa Paşayevin oğludur.

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər... Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Məndə çıxardacağam, lazım bildikdə. Birdə bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Bu ölkə Prezidenti cənab İlham Əliyevin hələ bir neçə il öncə dövlət vəzifəsini şəxsi əmlakı kimi istifadə edən məmurlara və onların övladlarına ciddi xəbərdarlığı idi. Təəsüflər olsun ki, bu gün nəinki vəzifələrinin icrası zamanı, hətta davranışlarında belə qüsurlu olan şəxslər övladlarını da müxtəlif “vasitələrlə” dövlət vəzifələrinə təyin etdirməyi bacarırlar. Nəticə isə olduqca acınacaqlı olur. Belə hallardan biri də bir neçə gün öncə BakuNews.az-a İmişlidəki mənbədən daxil olan video məlumatda öz əksini tapmışdı. Belə ki, rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlu avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətlərə yol vermişdi. Xatırladaq ki, İmişli rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlu “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində azyaşlı məktəblilərin qarşısında məmura yaraşmayan formada əcaib rəqs edərək əslində olduqca pis nümunə olacaq hərəkətlərə yol vermişdi. Məktəblilərin sektor müdirini yenidən avtobusda “rəqs” etməyə səsləməsinə “axşam diskotekada davam etdirərik” – deyə cavab verməsi bu şəxsin azyaşlıları nələrə sövq etməsinin öz dili ilə səsli təsdiqidir. Əvvəla diskotekalar azyaşlıların, məhz məktəbli olan azyaşlıların gedib istirahət edə biləcəyi məkanlar deyil. Digər tərəfdən bu məkanlarda əsasən “kimlərin” olması da heç kimə sirr deyil. Məsələnin ən qəribə tərəfi isə İmişli Təhsil şöbəsi ilə rayon İcra Hakimiyyətinin özünə ciddi nəzarət edilməli olan şəxsin nəzarətçi təyin edilməsidir. Xatırladaq ki, video görüntü ölkə mediasında ciddi rezonans doğurdu və məsələdən bütün aidiyyatı qurumlar məlumatlıdır. Ən qəribəsi isə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin rayonda məmurlar tərəfindən yol verilən əksər neqativ hallar kimi bu məsələyə də biganə münasibətidir. Məlumatı verən mənbənin bildirdiyinə görə Vilyam Hacıyevin bu kimi hadisələri görməzdən gəlməyi və biganəliyi sektor müdirini daha da cəsarətli edib. Ondan mətbuatda dərc edilən məlumatla bağlı münasibət öyrənmək istəyənlərə sektor müdiri saymazyana “kimin məndən şikayəti varsa buyursun gəlsin İmişli İcra Hakimiyyətinə. Mən İcra başçısı ilə həmin şəxsi özüm görüşdürməyə hazıram.” – deyə rahat, o cümlədən saymazyana cavab verməsi bu qurumdakı real mənzərəni ortaya çıxarır.

İmişli İcra Hakimiyyətinin ''ulduz'' sektor müdiri - ''Atam hər şeyi yoluna qoyacaq'' VİDEO

Onu da xatırladaq ki, İmişli rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyndə olan Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin mühəndisi Əlisəfa Paşayevin oğludur. Mənbə əlavə olaraq onu da bildirdi ki, uzun müddət bu idarədə mühəndis vəzifəsində çalışan Əlisəfa Paşayev rayonun ən imkanlı şəxslərindəndir. Məlumatda o da qeyd edilir ki, özü və atası məmur olan “ulduz” sektor müdiri rəqqaslığının yarada biləcəyi hər hansı fəsadla bağlı qorxusunun olmadığın bəyan edib. “Atam hər şeyi yoluna qoyqcaq”. Məmur oğlu olan Ziya Paşayevin atası Əlısəfa Paşayevlə bağlı BakuNews.az-a olduqca ilginc məlumatlar daxil olmaqdadır. Qəribədir görəsən cənab Prezidentin “Vəzifəli şəxslərin uşaqları... özlərini apara bilmirlər...onların... güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə... məndə çıxardacağam... Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa... özünü apara bilmir... atası işdən qovulacaq”- deməsindən də Vilyam Hacıyevin xəbəri yoxdur? Birdən aprelin 11-də keçiriləcək Prezident seçkilərindəndə xəbəri olmaz. Elə isə dövlət əhəmiyyətli, ölkəmiz və xalqımız üçün mühüm olan hadisə ilə bağlı da məlumat verək: 11 aprel 2018-ci il saat 8.00-da seçkidir cənab Hacıyev. Səhər 8-də ha, birdən...

Mövzuya qayıdacağıq.

Yazıda adı çəkilən təşkilatların və şəxlərində mövqeyini dərc etməyə hazırıq.