"Növbədənkənar prezident seçkilərini təxirə salın" — AŞPA-dan Türkiyəyə çağırış

Dunya 25-04-2018, 08:00
"Növbədənkənar prezident seçkilərini təxirə salın" — AŞPA-dan Türkiyəyə çağırış















Avropa Şurası Parlament Assambleyası (AŞPA) Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb.
Türkiyə mətbuatına xəbər verir ki, bu gün Strazburqda AŞPA-nın Müşahidə Komissiyasının qəbul etdiyi qərarda səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.

Qərara əsasən siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu, ölkədə davam edən fövqəladə vəziyyətin təhlükəsizliyə təhdid olduğu xatırladılıb.
Türkiyənin baş naziri Binəli Yıldırım və onun köməkçisi Bəkir Bozdağ isə AŞPA-nın bu qərarına sərt reaksiya göstərib.
Oxunub: 296
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10