backend

İŞİD-in azərbaycanlı komandiri öldürüldü - FOTO

İŞİD-in azərbaycanlı komandiri öldürüldü - FOTO






















Əvvəllər Qarabağda döyüşmək istəyən Bədəlov Azərbaycanda həbs olunmuşdu.

Koalisiya qüvvələrinin Kobanidə həyata keçirdiyi bombardman zamanı İŞİD-in Qafqaz üzrə komandiri əslən azərbaycanlı Rövşən Bədəlov 25 adamı ilə birlikdə öldürülüb.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı “Xalid Azəri” ləqəbli Rövşən Bədəlov Azərbaycanın Tərtər rayonundandır.

Dindar həyatından əvvəl siyasətlə də məşğul olduğu bildirilən Bədəlovun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu qeyd edilir.

2000-2001-ci illərdə Rusiya-Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrup yaradan Bədəlov bu qrupa liderlik edib.

Məlumata görə, 2001-2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub.

2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD sıralarına keçib.

Bildirilir ki, gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan Rövşən Bədəlov az vaxt ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib.
İŞİD-in azərbaycanlı komandiri öldürüldü - FOTO