Tezliklə barmaq və bilərzik telefona çevriləcək — Yeni texnologiya

139

Tezliklə barmaq və bilərzik telefona çevriləcək — Yeni texnologiya















Dünyanın məşhur brendi “Samsung” yeni texnologiya üzərində işləyir.
Bilərzik sayəsində barmağı qulağa aparmaqla telefon vasitəsilə danışa biləcəksiniz.

Bilərzikdən yayılan siqnal vasitəsilə və “Bluetooth” texnologiyasının yardımı ilə barmağı qulağa apararaq danışmaq mümkün olacaq. “Sgnl” adlı və eyni zamanda neçə metr yürüdüyünüzü və ya qaçdığınızı hiss edə bilən bu bilərzik fitness həvəskarlarının da çox xoşuna gələcək.

Bilərziyi klassik metal bir saata da uyğunlaşdırıb istifadə etmək mümkündür. İçindəki mikrofon sayəsində səsiniz qarşı tərəfə rahatlıqla gedir. Barmağınızı qulağınıza apararaq qarşı tərəfin səsini eşitmək mümkündür.
Yeni qurğu “Android 4.4” və “iOS 9”u dəstəkləyir.

“Sgnl” vasitəsilə 3.5 saat danışmaq mümkündür.