backend

Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olundu

Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olundu














Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.

“Yenigundem”-in məlumatına görə, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Tariximizin şanlı salnaməsinə qəhrəmanlığıyla yeni bir səhifə yazan Mübariz İbrahimovun anım günündə qəhrəmanımızı başda diaspor rəhbəri Nazir Hətəmov olmaqla Ramil Hüseynli,Tebriz Məhərrəmoğlu və Pərviz Cəlilovla birgə ziyarət etdik.Eyni zamanda C.Naxçıvanski adına Hərbi Hazrlıq Litseyin kursantları və Azərbaycan Müdafiyə Nazirliyin əməkdaşları ziyarətdə iştrak edirdilər.Şəhidlərimizi ziyarət etmək hər birimizin mənəvi borcudur.Şəhidlərimiz bizim and yerimizdir

Təbriz Məhərrəmoğlu


Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunduMilli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunduMilli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunduMilli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunduMilli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunduMilli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olundu