backend

Aşura günü nə üçün qeyri-rəsmi iş günü təyin edilmir?

Aşura günü nə üçün qeyri-rəsmi iş günü təyin edilmir?






















Zahid Oruc: “Aşura gününün qeyri-iş günü olması ilə bağlı təkliflər daha əvvəllər dini qurumlar, həmçinin parlamentin özü də gündəmə gətirib”

Vüsal Hətəmov: “Əslində, əlamətdar günlər xalqın həmin günə münasibəti ilə bilinir, nəinki hansısa, dininə ciddi yanaşmayan deputatın fikri ilə”



Hər il məhərrəm ayının 10-cu günü ölkənin bütün regionlarında Azərbaycan xalqı Aşura gününü böyük ehtiramla qeyd edir. Hətta həmin gün bazar və market sahibləri, alverçilər işlərini Aşura günü ilə əlaqədar bir günlük tətilə çıxırlar. Artıq 100 illərdir ki, xalqımız bu günün ehtiramını böyük əzəmətlə yad edərək, əziz İslam peyğəmbərinə və onun pak Əhli-beytinə öz sədaqətlərini nümayiş etdirir. Amma zaman-zaman Aşura həqiqətləri və dəyərləri düşmənlər tərəfindən təhrif olunduğu kimi, müasir dövrümüzdə də bu dəyərləri qaragüruhçuluq, baş yarmaq, qan tökmək kimi cəmiyyətə və dünyaya sırımağa çalışanların sayı az deyil. Halbuki böyük İslam alimlərinin yekdil olaraq gəldikləri qərar bundan ibarətdir ki, Aşura günü qan tökməyin, bədənə xəsarət yetirməyin İmam Hüseynin (ə) fəda olduğu dəyərlərlə heç bir əlaqəsi yoxdur.


Artıq neçə illərdir ki, Aşura gününün qeyri-rəsmi iş günü təyin edilməsi ilə bağlı hökumətə müxtəlif təkliflər edilib.
Lakin təəssüflər olsun ki, sözügedən təkliflər bu günə qədər nə Milli Məclis tərəfindən, nə də ki, digər aidiyyəti rəsmi şəxslər və qurumlar tərəfindən ciddiyə alınıb.

Millət vəkili Zahid Oruc bildirdi ki, Aşura gününün qeyri-iş günü olması ilə bağlı təkliflər daha əvvəllər dini qurumlar, həmçinin parlamentin özü də gündəmə gətirib. Millət vəkillərinin də bu məsələ ilə bağlı bəzi təşəbbüsləri olmuşdur: “Amma həmin insanlar Azərbaycan dünyəvi dövlət qurucusunda olması, çoxdinli bir ölkə olduğunu nəzərə almalıdır. Əlbəttə ki, ölkəmizin əhalisi İslam dininə etiqad edir, Quran-Kərimi və onun yer üzündəki nümayəndəsi olan Məhəmməd Peyğəmbəri (s) qəbul edirlər. Buna bir çox ziyarətgahlarda kəsilən qurbanlar, Ramazan ayında qəlbən oruc tutanların da sayının artdığını nümunə kimi göstərmək olar”.

Aşura gününü təqvimimizdə rəsmi bir gün kimi qeyd edilməsinin əleyhinə olduğunu bildirən millət vəkili, “bu mövqedə çıxış etməyimin səbəbi isə Aşuranın real həqiqi mənasından müqəddəs tarixiliyindən çıxıb daha çox başqa mahiyyət daşımağa başlamasıdır. Təəssüf ki, İslamın həqiqi mahiyyəti təhrif olunub. Hazırda başlıca niyyət din yolunda şəhid olmuş müqəddəslərimizi deyil, daha çox insanlar özlərinə zəncir kimi əşyalar ilə fiziki xəsarət yetirirlər” – deyə bildirdi:

“Bu qərarın bərpasına yalnız o zaman qəbul edərdim ki, insanlar dinin işıqlı tərəfini, İslam haqq yolunda, Quranımızın qorunmasında, canından keçən müqəddəslərimizin məqamlarını düzgün şəkildə dərk edərdilər. Həqiqətən də, bu cür müqəddəslərin mübarizələrinin əsas fəlsəfələrini dərk etməmişik.”

Birlik Təşkilatının sədri Vüsal Hətəmov isə bildirdi ki, əslində, əlamətdar günlər xalqın həmin günə münasibəti ilə bilinir, nəinki hansısa, dininə ciddi yanaşmayan deputatın fikri ilə: “20 Yanvar, Novruz bayramı, Qurbanlıq, Fitr bayramı xalq tərəfindən xüsusi dəyərləndirilməsəydi, bu günlər əlamətdar gün hesab edilməzdi. Sovet dövründə sadaladığımız günlərin heç biri qeyd olunmurdu. Müstəqillikdən sonra bir çox əlamətdar günlərimiz tətil günləri elan edildi. Bu sevindiricidir. Amma yeganə tarixi dəyərimiz vardır ki, 60 gün xalq tərəfindən tətil olunur, qeyri-rəsmi olsa da. Bu günləri xalq kütləvi şadlıq mərasimlərindən uzaq durur. İşləyən də, işləməyən də ailəliklə məscidə, əza məclisinə gedir. Məgər bu bəs etmirmi?”

Aşura gününü qaragüruhçu hesab edənlərin tariximizə palçıq atdıqlarını söyləyən ekspert bunları söylədi:

“Dahi Nəsimi xalqımıza bu günün ehtiramını saxlaması haqda möhür vurub:

“Ey günəş, tire olub düşmədin yerə,
Ol matəm üzrə mehrilə dəyyar, ya Hüseyn.....
Ağlamaq bu gün, bu matəmə canlar fəda etmək
Ol matəm üzrə mehrilə dəyyar, ya Hüseyn.”