backend

İlham Əliyev yol tikintisinə 4 milyon manat ayırdı

İlham Əliyev yol tikintisinə 4 milyon manat ayırdı














Prezident İlham Əliyev “Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.