backend

Ə. ƏHMƏDZADƏNİN NƏZƏRİNƏ!!! Görəsən Zaqatalada İdris Qurbanovun “era”sına nə vaxt son qoyulacaq? - VİDEO

Ə. ƏHMƏDZADƏNİN NƏZƏRİNƏ!!! Görəsən Zaqatalada İdris Qurbanovun “era”sına nə vaxt son qoyulacaq? - VİDEO








“Meloservis idarəsi rəisinin şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar, məhz idarənin balansında olan bəzi texnikaların “ömür yolları”na çoxdan “kres” qoyub”


Son zamanlar bəzi mətbu orqanlarda Zaqatala rayonunun Əlibad kəndində fəaliyyət göstərən Meloservis idarəsinin rəisi cənab İdris Qurbanovun qol qoyduğu qanunsuzluqlardan, həyata keçirdiyi çoxsaylı maxinasiyalardan və s. bəhs edən tənqidi məqalələrin dərc olunmasına baxmayaraq, bu gün də kimlərsə sadalanan problemlərin varlığına şübhə ilə yanaşır. Elə ki, əsl həqiqətlər aşkar çıxarılır, o halda nə bir kimsədə şübhə yeri qalır, nə də ki, hansısa fikir formalaşır. Çünki, bugünə kimi çoxsaylı maxinasiyaların “müəllifi” adını qazanan İdris Qurbanovun qol qoyduğu əməlləri eşitdikcə, sanki hər kəs “vəlvələ”yə deyil, “zəlzələ”yə düşür. Adicə bir məqama diqqət yetirək ki, adı çəkilən bu şəxs səhər saatlarında iş otağına daxil olan kimi “qeybə çəkilir” və idarəçiliyini daxili telefon vasitəsilə həyata keçirir. Elə ki, idarədə bir kimsədən rəisin işdə olub-olmadığını soruşursan, o halda “rəis işdə deyil” deyə cavabını eşitməli olursan. Yəqin ki, belə bir idarəçilik forması az sayda vəzifə sahibləri tərəfindən həyata keçirilən idarəçilik formasıdır. O halda sual oluna bilər ki, cənab İdris Qurbanovun kimlərləsə “gizlənparç” oynamasına səbəb nədir? İndi isə həmin səbəblərdən bir neçəsini hər kəsin diqqətinə çatdırmağa çalışaq. Məsələn, adının çəkilməsini istəməyən mənbə tərəfindən xəbər portalımızın redaksiyasına belə bir məlumat çatdırılıb ki, ilin hər fəslində idarənin balansında olan texnikaların bir çoxundan şəxsi təsərrüfatlarda, ələlxüsus buldozerli traktorlardan Zaqatalanın meşə zolaqlarında yollar açmaq üçün istifadə olunur. Meşə zolaqlarında yollar açmağın da bir səbəbi var ki, o da iritutumlu nəqliyyat vasitələri ilə odun parçalarını uzaq məsafələrə daşımaqdır. Məsələnin maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, elə hallar da olur ki, meşə zolaqlarına göndərilmiş texnikalardan istifadə olunan zaman, onlar yarasız vəziyyətə salınırlar. Belə olan halda həmin texnikaların təmiri, müəssisənin ümumi büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. O halda sual oluna bilər ki, İdris müəllim belə bir addımlarını atmaqla, cənab Əhməd Əhmədzadənin ona göstərdiyi etibarı itirmirmi? Ən əsası isə adı çəkilən bu şəxs, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevin ekoloji problemlərlə bağlı verdiyi tapşırıqlara niyə əməl etmir? Görəsən atılan addımlar verilmiş tapşırıqlarla ziddiyyət təşkil etmirmi?
Hörmətli oxucular! Bütün bunlar Meloservis idarəsinin rəisini düşündürməsə də, bizi olduqca düşündürməkdədir. Çünki, şəxsi məqsədlərini həyata keçirməyin müqabilində idarəyə verilmiş yanacağın, sürtkü yağlarının, nəqliyyat vasitələrinə aid ayrı-ayrı hissələrin və s. “altından girib üstündən çıxan” idarə rəisi büdcədən ayrılan vəsaitləri “xırıd” etməklə, bu gün də özünə əməlli-başlıca var-dövlət qazanmaqdadır. KİV nümayəndələrinin sadaladığı belə bir problemlərin mahiyyəti haqda müəyyən qədər məlumatlı olan cənab Əhməd Əhmədzadə, görəsən İdris Qurbanovla bağlı “yek” qərarını nə vaxt bəyan edəcək? Çünki, bəlkə də İdris Qurbanov bu gün ölkəmizin su təsərrüfatı sahəsində ən böyük rüşvətxor, ən böyük maxinator, idarəçiliyini özünəməxsus formada həyata keçirən vəzifə sahibidir. Bu şəxsin qol qoyduğu maxinasiyalar haqda istənilən qədər yazmaq, nələrisə aşkarlamaq mümkündür.
Adicə bir faktı vurğulayaq ki, son bir neçə gün ərzində ölkəmizin şimal zonasına, ələllxüsus Qax və Zaqatala rayonlarına yağan leysan yağışlar həyatı iflic etdi. Dövlət əhəmiyyətli müəssisələrə, şəxsi təsərrüfatlara hədsiz dərəcədə ziyan dəydi. Çaylar macərasından çıxdığından, bir neçə körpülər uçdu, ayrı-ayrı yaşayış məntəqələri ilə əlaqələr kəsildi. Bir sözlə, adı çəkilən rayonların infrastrukturuna külli miqdarda ziyan vuruldu. Sözsüz ki, bütün bunların kökündə vaxtında qabaqlayıcı tədbirlərin görülməməsi durur. Bəli, qabaqlayıcı tədbirlərin görülməsində ağır texnikalardan istifadə olunmalı idi. Amma, Əlibaddakı Meloservis idarəsi rəisinin şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar, məhz idarənin balansında olan bəzi texnikaların “ömür yolları”na çoxdan “kres” qoyduğundan, çox zaman belə bir addımları atmaq müşkül məsələyə çevrilir. Çünki, bir müddət bundan əvvəl adı çəkilən idarənin həyətində olarkən, sanki gözlərimizə inanmadıq. Belə ki, ağır texnikalara məxsus hissələr elektrik qaynağı ilə doğranıb harasa daşınırdı. Yəqin ki, belə bir addımlar da cənab Qurbanovun şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar idi.
Əlibaddakı Meloservis idarəsi rəhbərinin atdığı addımlar bizi olduqca düşündürsə də, biz bu gün nə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəni, nə də ki, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadəni ittiham etmək fikirində deyilik. Çünki, kifayət qədər məlumatlara malikik ki, hər iki vəzifə sahibi istər ulu öndər Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində əvəzsiz xidməti olan şəxslərdirlər. Bəli, bu gün Mübariz Əhmədzadə rayonun rəhbəridir, amma adı çəkilən şəxs nə Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifovun, nə də ki, Meloservis idarəsinin rəhbəri İdris Qurbanovun atdığı addımlara birbaşa cavabdehlik daşımır. Odur ki, bizim əsas hədəfimiz Zaqatala sakinlərinin başına “minbir oyun”lar açan, onları olmazın dərdə salan Fikrət Şərifov və İdris Qurbanovdur. Çünki, hər iki vəzifə sahibi vaxtında sel suları ilə bağlı lazımi tədbirlərini görməli və zamanında da müvafiq addımlarını atmalı idilər.
Onu da qeyd edək ki, Meloservis idarəsi Zaqatala rayon mərkəzindən xeyli aralı məsafədə, necə deyərlər “gözdən uzaq, könüldən qıraq” xəlvəti bir ərazidə yerləşir. Belə bir səbəblər üzündən də, hələ ki, İdris Qurbanov “kor atı minib köndələn çapmaq”la məşğul olur. Bir məqama da toxunaq ki, Meloservis idarəsi rəhbərinin Musa adlı köməkçisi var. Bu şəxs əslində köməkçi deyil, sanki “yunqırxan”dır. Çünki, o, köməkçi vəzifəsini daşısa da, heç də var-dövlətinin dəyərinə görə İdris Qurbanovdan geri qalmır. Məsələn, hər kəsin köməkçi deyə tanıdığı Musa adlı şəxsin təkcə Əliabad kəndində balıq vətəgəsi, iki ədəd böyük mağazası və digər əmlakları var. Verilən məlumatlara görə bu şəxs idarəyə verilən “ŞAQMAN” və digər markalı nəqliyyat vasitələrini kənar şəxslərin də idarə etməsinə heç cür imkan vermir. Yəni, belə bir işlərə yaxın qohum-əqrəbasını və digər yaxınlarını cəlb edir. Bu yolla da, hər ay o, xeyli miqdarda “haqq-hesab” əldə etməyə qadir olur.
Meloservis idarəsi rəhbərinin atdığı addımlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə onu da bildirir ki, büdcəsdən bu idarəyə ayrılan vəsaitlər də təyinatı üzrə xərclənmir. Yəni, əksər hallarda rəhbərlik və onun əlaltıları tərəfindən külli miqdarda yeyintilərə yol verilir. Təəccüb doğuran hal odur ki, İdris müəllimin uzun illər ərzində belə bir əməllərə qol qoymasına baxmayaraq, bugünə kimi onunla bağlı heç bir tədbir görülməyib. Yəqin ki, buna da səbəb adı çəkilən şəxsin yuxarı instansiyalarda güclü himayədarının olmasıdır. Elə bu arxayınolmanın nəticəsidir ki, bu gün də o, nə bir kimsədən çəkinir, nə də ki, hansısa formada ehtiyat edir. Belə bir səbəb üzündən də, Meloservis idarəsinin rəhbəri bir müddət bundan əvvəl idarənin balansına verilmiş bir neçə avadanlıqların da “altından girib üstündən çıxmağı bacarıb”.
Hər kəsi təəccüb qoyan və analoqu olmayan olayların tüğyan etdiyi idarədə yaşanan ab-hava, olduqca təhlükəli məqamların varlığından da xəbər verir. Məsələn, verilən məlumatlarda o da iddia olunur ki, cənab idarə rəisi tabeçiliyində olan işçilərindən bəzilərinin bankomart kartlarını özündə saxlayır və onlara çatası əmək haqlarını da mənimsəyir. Neçə illərdir ki, belə bir halın varlığı davam etdiyindən, məhz İdris Qurbanovun sahib olduğu var-dövlətin dəyəri minlərlə deyil, bəlkə də milyonlarla ölçülür.
Diqqəti cəlb edən digər hal isə ondan ibarətdir ki, çoxsaylı maxinasiyalara, hər cür qanunsuzluq əməllərinə, sayı-hesabı bilinməyən hoqqalara qol qoyan İdris müəllim, bu gün də Zaqatala rayonu ərazisində strateji bir sahəyə rəhbərlik edir və daşıdığı vəzifəsinə görə, dövlətə məxsus külli miqdarda vəsaiti “sağa-sola səpmək”lə məşğul olur. Bütün bunların qarşılığında isə, hələ də bir kimsə ona “qaşın üstə qara var” demir. Bax budur bizi təəccüb içində qoyan hal, bizi düşündürən məqam! Axı, necə ola bilər ki, tutduğu əməlləri ilə korrupsiyaya bulaşan, verilmiş tapşırıqları əksər hallarda qulaqardına vuran, tabe olduğu vəzifə sahiblərindən bəzilərini saya salmayan İdris Qurbanov bu gün də iş başındadır, özü üçün var-dövlət qazanmaqdadır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Yaşanan problemlərin varlığını diqqətdə saxlayacağıq.

Qaynarxett.az