backend

16-28 yaşlı subay qızların diqqətinə!

16-28 yaşlı subay qızların diqqətinə!






















Gözəlliyinə və intellektinə əmin olan xanımlar iştirak edə bilərlər.

Xəbər verdiyimiz kimi 1-26 noyabr tarixində “Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib.

Oxu.Az-ın əməkdaşı bununla əlaqədar layihənin baş prodüseri, tanınmış təşkilatçı Aqil Məmiyevlə əlaqə saxlayıb. O vurğulayıb:

“Kastinq günü noyabr ayının 29-da baş tutacaq. Kastinqdən keçəcək 24 nəfər xanım finalçı “Miss Globe Azerbaijan” adı uğrunda mübarizə aparacaq. Dünyaca məşhur müsabiqənin 90-cı finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intellektinə əmin olan 16-28 yaş arası subay qızlar qatıla bilərlər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə müraciət edə bilərlər”.

Qeyd edək ki, “Miss Globe Azerbaijan” gözəllik yarışması “Z Company 2007” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Layihənin idarə heyəti:

“Miss Globe İnternational”ın sahibi - Rasim Aydın

“Miss Globe Azerbaijan”ın direktoru - Zamiq Yunisov

İcraçı direktor - Pərviz Əzimzadə

Baş prodüser - Aqil Məmiyev