backend

“Sportinq”dən “Qarabağ”la bağlı kobud səhv – FOTOFAKT

 “Sportinq”dən “Qarabağ”la bağlı kobud səhv – FOTOFAKT














Portuqaliyanın “Sportinq” klubu “Qarabağ”la bağlı ciddi səhvə yol verib.

Oxu.Az xəbər verir ki, Lissabon təmsilçisinin rəsmi saytı Ağdam klubunu Ukrayna komandası kimi təqdim edib.

Maraqlıdır ki, dünənki “Sportinq”in məşqi ilə bağlı yazılan bu xəbərdə səhv hələ də aradan qaldırılmayıb.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu Lissabonun “Juze Alvaladi” adına stadionunda keçiriləcək.

Görüş sentyabrın 20-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 “Sportinq”dən “Qarabağ”la bağlı kobud səhv – FOTOFAKT