Kraldan gözlənilməz ADDIM: ilk dəfə bir qadını… – FOTO/VİDEO

Dunya 22-09-2018, 10:23
Kraldan gözlənilməz ADDIM: ilk dəfə bir qadını… – FOTO/VİDEO














Son aylar qadınların hüquqları ilə bağlı bir sıra tarixi qərarlar qəbul edilən Səudiyyə Ərəbistanında daha bir ilk yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə bir qadın rəsmi televiziya kanalında xəbər bülletenini təqdim edib.

Viam ed-Dahil adlı qadın aparıcı ölkənin rəsmi telekanalı olan “Es-Suudiyye”də tamaşaçıların qarşısına çıxıb. Livan Amerika Universitetinin məzunu olan Dahil daha əvvəllər “Əl-Hayat” qəzeti, “Əl-Cəzirə” və “Əl Ərəb” telekanalları kimi KİV-lərdə çalışıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son vaxtlar qadınlara avtomobil sürmək, Ədliyyə Nazirliyində işləmək və idman tədbirlərini birbaşa stadionlardan izləmək kimi hüquqlar verilib. “2030 vizionu” proqramına əsasən, qadınların əmək bazarında payının 22 faizdən 30 faizədək qədər artırılması nəzərdə tutulur.
Oxunub: 295
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10