“Badü Kübə” MTK həm payçıları, həm də vətəndaşları aldadır - İTTİHAM

Sosial 24-10-2018, 14:25
“Badü Kübə” MTK həm payçıları, həm də vətəndaşları aldadır - İTTİHAM














Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində “Badü Kübə” MTK tərəfindən inşa olunan “13 M” saylı çoxmərtəbəli binanın tikintisi və sakinlərə paylanması ilə bağlı bu gün də payçılar arasında qalmaqallar yaşanmaqdadır.

2010-ciu ilin aprel ayından MTK-ya yeni təyin olunan sədr Ədalət Qəmbərov ondan əvvəl sakinlərə qanunla satılan mənzilləri “saxta sənədlər” iddiası ilə əllərindən alır və onları yenidən, heç bir kassa-mədaxil sənədləri olmadan satır.
2005-ci ildə “Badü Kübə”MTK ilə “A.R.&Ko” MMC arasında bağlanan podrad müqaviləsinə əsasən, həmin binadan 8 min m2 sahəyə sahib olmalı olan“A.R.&Ko” MMC -nin bütün hüquqları ötən müddət ərzində pozulub. “A.R.&Ko” MMC -nin direktoru Rəhilə Əsədullazadə keçən illər ərzində məhz bu işə görə həyat yoldaşının qanunsuz həbsindən, sonradan bəraət almasından, yeni sədr Ədalət Qəmbərovu bu binadakı mənzillərdən hüquq-mühafizə orqanlarının səlahiyyətli və vəzifəli şəxslərinə hədiyyə etməklə məsələnin qanuni yolla həll olunmasına əngəl törətməkdə ittiham edir. O, Prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək, başına gətirilən haqsızlıqların qarşısının alınması üçün onlardan kömək istəyir.
Xatırladaq ki, bundan bir müddət əvvəl də mətbuatda “Badü Kübə” MTK-nın yeni rəhbəri Ədalət Qəmbərovun qanunsuz, cinayət xarakterli hərəkətlərilə bağlı binadan qanuni yolla mənzil almış sakinlərin şikayətləri dərc olunub. Sakinlərin sözlərinə görə, 2006-2009-cu illər ərzində MTK tərəfindən inşa edilən binadan nağd ödəmə yolu ilə mənzillər alıblar. Mənzillərin dəyəri tam ödənildikdən sonra MTK-nın o vaxtkı sədri Telman Səfərovun imzası ilə müqavilə və maliyyə arayışları alıblar.

Ödənilən vəsait hesabına binanın 13 mərtəbəsi tam olaraq tikilib. Lakin 2010-cu ilin aprelindən MTK-nın yeni sədri payçıları binaya buraxmır və buna səbəb kimi sənədlərin saxta olduğunu göstərir. Sonralar MTK-nın yeni sədri Ədalət Qəmbərov və təsisçilər arasında münaqişə yaranır. Nəticədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara qarşı cinayət işi başlanır. Cinayət işinin istintaqı 18 ay davam edib. 119 nəfər payçıdan cəmi 12 nəfər mənzillə təmin olunur. Bununla da, istintaq işini bitmiş sayır. Cinayət işinə xitam verərək işi arxivə göndərir. Lakin payçıların birgə səyi və Baş Prokurorluğun göstərişi ilə cinayət işi arxivdən qaldırılaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir.
Rəhilə Əsədullayevanın sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildikdən sonra işi qanuni yollarla həll etmək əvəzinə yenidən qanunsuz yollara əl atılır.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Elxan Əbdülrəhimovun rəhbərlik etdiyi istintaq qrupu cinayət işini 4 yanvar 2012-ci ildən 13 fevral 2013-cü ilə kimi araşdırır. Nəticədə 2012- ci ilin fevral ayının 20-də Zaur Cabbarov və Nəsib Əliyev CM-nin 178.3.2 və 308.2 maddələri ilə təqsirli bilinərək barələrində həbs-qətimkan tətbiq edilir.

Məlum olur ki, heç də Ədalət Qənbərovun iddia etdiyi kimi payçıların sənədləri saxta deyil, bütün 119 payçı zərər çəkmiş kimi tanınıb, onların sənədləri ekspertizadan keçirilib imza və möhürlər saxta deyil. N.Əliyev həbsdə olanda heç bir hüquqi sənəd olmadan Ədalət Qənbərov payçıların mənzillərini Nəsib Əliyevin borcu əvəzinə M.Manafova 19 mənzil, 4 qaraj, Firudin Əliyevə 17 mənzil, 3 qaraj, Eldar Hidayətzadəyə 9 mənzil, Zamin Sultanova 800 kvm qeyri-yaşayış sahəsi, Elçin Hidayətzadəyə 5 mənzil, Ceyhun Nağıyevə 6 mənzil, ümumilikdə 56 mənzil, 7 qaraj və 800 kvm qeyri-yaşayış sahəsi sataraq külli miqdarda gəlir əldə edib. Öz növbəsində həmin adamlar mənzilləri ayrı-ayrı adamlara satıblar. Bütün bu alqı-satqı əməliyyatını Ədalət Qənbərov edib. Nəticədə payçıların mənzilləri 3-cü dəfə satılıb. Bu haqda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat verilir.

Maraqlıdır ki, iş KQMİ –də olarkən Ədalət Qənbərovun 486 min manat məbləğində gəlir vergisi dövlət tərəfindən silinir, istintaq qrupunun rəisi E.Əbdulrəhimov bunun izahatını belə verir: “… Bunu ona görə etdik ki, Ə.Qənbərov binanı tikdirib payçıları evlə təmin etməyə söz verib”. Halbuki, Ə.Qənbərov bu günə kimi də həmin sakinləri mənzillə təmin etməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə sakinlərə verilən mənzillər “Badü-Kübə” MTK-nın keçmiş rəhbəri Asif Əsədullazadəyə borc qarşılığında qaytarılmalı olduğu halda bu günə qədər məhkəmənin hökmü icra olunmayıb.

R.Əsəsdullazadə 2018-ci ildə hansısa yollarla məhkəməyə yol tapıb, işi öz xeyirlərinə həll edən qarşı tərəfin maraqları qorunur. Məhkəmə dərhal icraata keçir, lakin 2013-cü və 2017-ci illərdə çıxan məhkəmə hökmlərinin icraatı bu günə qədər də həyata keçirilməyib.

Qeyd edək ki, inşası hələ 2005-ci ildə “Badu-kübə” MTK tərəfindən başlamış çoxmərtəbəli bina 2009-cu ildə sakinlərin ixtiyarına verilməli idi. İlk illər iş sürətlə getsə də, 2007-ci ildə həmin MTK –ya Ədalət Qəmbərov adlı şəxs sədr seçildikdən sonra binanın tikintisi iflic vəziyyətinə düşüb. Belə ki, Ədalət Qəmbərov binanın tikintisini davam etdirmək əvəzinə özünün tikəcəyi 1 və 2-ci blokların olmayan mənzillərini və ondan əvvəl 3 və 4-cü blokların tikilmiş 13 mərtəbəsindəki mənzilləri təkrarən satmağa başlayır. Mənzilləri dəfələrlə satılmış, aldadılmış vətəndaşların çoxsaylı şikayıtləri əsasında Baş prokurorluq yanında KQMİ işə qarışdıqdan sonra Ədalət Qəmbərov 19 mərtəbəli binanın 15 mərtəbəsinin tikintisini başa vurur.

Apardığımız araşdırmalardan sonra bizə məlum oldu ki, Ə.Qəmbərov haqda elə həmin KQMİ-də neçə illərdən bəri AR CM 178.3.2 və digər maddələri ilə cinayət işi və vergidən bir milyon manata yaxın yayınması ittihamı ilə Suraxanı rayon məhkəməsində istintaq üzrə iş davam etdirilir. Buna baxmayaraq o bu gündə özünün və qızının adına rəsmiləşdirdiyi və həmin çoxmərtəbəli binaya bitişik yerdə ticarət mərkəzinin tikintisini aparır.
Dəfələrlə haqsızlıqla üzləşən Rəhilə Əsədullayeva son ümid yeri olaraq Prezident İlham Əliyevə, I Vitse-prezident Mehriban Əliyevaya müraciət edir və məmur özbaşınalığına son qoyulması üçün səlahiyyətlərindən istifadə etmələrini xahiş edir.(Xural.com)
Oxunub: 192
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10