backend

"Uşaqlara verilən birdəfəlik müavinət artırılsın" — Fəzail Ağamalı

"Uşaqlara verilən birdəfəlik müavinət artırılsın" — Fəzail Ağamalı
















“Ölkəmizdə tikintiyə icazələrin alınması 30-35 günə endirilməli, özəl şirkətlərə texniki şərtlərin verilmə müddəti azaldılmalı, bu sahədə rüsumlar tamamilə ləğv edilməlidir”.
Bu sözləri millət vəkili Fəzail Ağamalı Milli Məclisdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

F.Ağamalı bildirib ki, ildən-ilə elmə qoyulan vəsaitləri nə qədər artırsaq, problem həll olmayacaq:
“Elmin vəziyyətini ən azı dünya ölkələri səviyyəsinə qaldırmaq üçün bu sahədə islahatlara təkan verəcək proqram hazırlansın. Əks halda bu sahəyə vəsait ayırmaq, boş quyuya su tökmək deməkdir. Ölkələrin inkişafı elm və texnologiyanın inkişafı ilə birbaşa əlaqəlidir. Bununla yanaşı ölkəmizdə bank sistemində problemləri həll etmək üçün top-100 səviyyəli bankarın ölkəmizə daxil olmasına imkan yaradılmalıdır”.

Millət vəkili həmçinin uşaqlara verilən birdəfəlik müavinətin 150 manatdan 200 manata artırılmasını, davam müavinətlərin verilməsini təklif edib.