Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı

Iqtisadiyyat 27-11-2018, 12:08
Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı
















Fiziki şəxslərin şəxsi istehlak üçün xaricdən gətirə biləcəyi spirtli içki və siqaretin miqdarı azaldılıb.

Bununla bağlı baş nazir Novruz Məmmədov “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edib.

Dəyişikliyə görə, qaydaların 2.1.10-cu yarımbəndində “3” rəqəmi “1,5” rəqəmi ilə və “600” rəqəmi “200” rəqəmi ilə əvəz edilib.

Qeyd edək ki, bundan əvvəl hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret gətirməyə icazə verilirdi. Dəyişikliklə bu limit endirilib.
Oxunub: 191
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10