backend

Vaqif Abdullayevin saxta diplomlu kadrı

Vaqif Abdullayevin saxta diplomlu kadrı










Azil Aslanovun ali təhsili olmadan Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi təyin olunmasının pərdəarxası məqamları və tender əməliyyatları

Azərbaycan bölgələrində rayon icra hakimiyyətləri başçılarının özlərini "balaca padşah” elan edərək qanunları saymaması adi hala çevrilib. Tenderlər, abadlıq işləri və digər üsullarla büdcə vəsaitlərini mənimsəyən icra başçıları ən müxtəlif vasitələrlə pul qazanırlar. Bu sırada Beyləqan rayonunda baş verənlər tam olaraq əndazəsini aşıb. Rayon icra başçısının əməlləri ilə bağlı bəhs etmişdik. Amma Beyləqan rayon icra hakimiyyətində baş verən qanunsuzluqlar bununla bitmir.
Beyləqan rayonundakı mənbənin verdiyi məlumata görə rayonda mühüm postlarda çalışan bir çox şəxslərin diplomu saxtadır. Bu barədə cumhuriyyet.az-da məlumat verərək bildirib ki, sözügedən rayonda bu problem hər zaman aktual olub və hələ bir neçə il öncə Beyləqanda bir gündə Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev 32 ərazi-inzibati nümayəndənin müavinini işdən azad etmişdi. Ümumiyyətlə isə son zamanlar ölkəninin bütün rayonlarında belə «əməliyyatlar» aparılır. Buna səbəb kimi isə Prezident Adminstrasiyasından diplomsuz dövlət məmmurlarını işdən azad etmək haqqında verilən şifahi tapşırıqdır. Bu tapşırığa əsasən həmçinin bir çox dövlət məmurlarının diplomunun saxta olub-olmaması da yoxlanılır. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə Beyləqanda aparılan yoxlamalar nəticəsində isə bir sıra dövlət məmurlarında saxta diplom aşkarlanıb. Onların arasında Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanovda olub. Beləki, yoxlama nəticəsində məlum olub ki, Azil Aslanova Gəncə Texnologiyalar Universitetindən verilən diplom saxtadır. Amma Beyləqan şəhər merinin Gəncə Kənd Təssərrüfatı texnikumundan aldığı diplom isə həqiqidir. Bu isə faktik olaraq beyləqan şəhər merinin ali təhsilli olmaması anlamına gəlir. Bizə daxil olan məlumatda bildirilir ki, Azil Aslanov «problemi» həll etməyə nail olub. Buna görə o təbii ki, İcra başçısının qəbulunda olub. Azil Aslanovun qeyri qanuni yolla 2009-cu ildə Gəncə Texnalogiya İnsitutunu bitirməsi bildirilir. Əslində isə mənbə iddia edir ki, A. Aslanov adı çəkilən instiutu bitirməyib, onun əlində həmin məktəbin alı diplomu belə yoxdur. Hətta bildirilir ki, belə olduğu halda, Azil Aslanovun ərazi icra numayyəndəsi işləməsi düzgün deyil. Bunu da belə ifadə edirlər ki, A.Aslanov icra başçısı Vaqif Abdullayevi bu məsələnin üstündən keçməsinə hansısa yolla razı sala bilib. Ona görə də icra başçısı Aslanovun diplomsuz işləməsinə özü şəxsən şərait yaradıb. Yüri gəlmişkən, şəhər rəhbəri ilə icra başçısı arasında 10 min manatlıq qalmaqalın olduğu da rayonda gəzən söz-söhbət arasındadır.
Beyləqan rayonundakı mənbənin verdiyi məlumata görə bir müddət öncə bu məsələ ilə bağlı mübahisə yaranıb və Azil Aslanov onun ali təhsilli olmamasını qabardan rəqiblərinə bildirib ki, "diplomunun saxta olması ilə bağlı söhbətlər şayiə xarakterlidir. O uzun illərdir ki, dövlət qulluğunda çalışan birisidir və bu üzdən də onun diplomunun saxta olması imkansızdır. Çünki hələ Beyləqan Kommunal Təsərrüvat İdarəsinə rəhbərlik etdiyi zaman onun diplomu müəyyən dövlət qurumları tərəfindən yoxlanılıb”. Hər halda od olmayan yerdən tüstü çıxmaz. Əgər A.Aslanovun diplomunda heç bir müəmma olmasaydı hər hansı yoxlamaya da ehtiyac olmazdı. Digər bir tərəfdən bu məsələ ilə bağlı xüsusi araşdırma apardıq və icra hakimiyyətindəki qaynaq Azil Aslanovun şəxsi işinin içərisində onun ali təhsilli olmasını təsdiq edən diplomun olçmadığını və onun arayış əsasında işlədiyi bildirdi.
Qeyd edək ki, Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanovun adı bir müddət əvvəl Beyləqan küçələrinin abadlaşdırılması üçün elan olunan 150 min manatlıq tenderi mənimsəmə faktında hallanır. Həmçinin avqust ayında yeni keçirilmiş 45 minlik tenderin mənimsənilməsi haqqında da məlumatlar var. Belə ki, Azil Aslanov tenderi özündən əvvəlki Beyləqan merinin abalaşdırdığı küçələrə sənədləşdirməklə büdsədən sadəcə külli-miqdarda pulu mənimsəyib. Digər mənbələrin təqdim etdikləri məlumatda isə bildirilir ki, bu səpgidə tender maxinasiyaları Beyləqanda artıq uzun illərdir ki, həyata keçirilir. Əməliyyatların keçirilməsinə isə adətən Beyləqan İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov rəhbərlik edir. Təbii ki, tender müsabiqələrinin əsas iştirakçıları və mütləq qalibləri qismində isə Məhəmməd Qələndərovun bibisi oğlu, Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov və yenə də Məhəmməd Qələndərovun başqa bir qohumu, Beyləqan Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov çıxış edirlər. Məlumatda bildirilir ki, Məhəmməd Qələndərov bu qohumlarının adına bir neçə MMC və kiçik müəsisə qeydiyyatdan keçirib. Hələ keçmiş İcra başçısı İrşad Əliyevin zamanıda rayon büdcəsindən dəfələrələ abalaşdırılma və başqa işlər üçün külli-miqdarda pullar ayrılıb və həmin pullar bu kiçik müəsisələrə keçirilərək məniisənilib. Bildirlir ki, ümumi olaraq mənimsənilən məbləğ tam olaraq 1 milyon manata yaxındır. Qeyd edək ki, Azil Aslanov daha əvvələr Beyləqan Kommunal Təsərrüvat İdarəsinə rəhbərlik edib və bu idarənin vasitəsilə də vaxtında kifayət qədər pullar "yuyulub”.

Azil Aslanovun maliyyə maxinasiyalarına dair yayılan son məlumatlarda isə onun indi də "alkopan” oyununa başladığı bildirilirdi. Həmin məlumatlara əsasən Azil Aslanov Beyləqandakı bütün ticarət obyektlərinin məcburi qaydada bu materialla üzlənməsi göstərişini verib. Təbii ki, bütün quraşdırma işləri yalnız Ərazi İnzibati nümayəndəsinə məxsus şirkət tərəfindən həyata keçirilir. Obyekt sahibləri isə bu işlərin hər 1 kvadrat metrinə görə 42 manat ödəməlidirlər. İşlərin digər şirkət tərəfindən və ya fərdi şəkildə həyata keçirilməsinə isə qətiyyən icazə verilmir. Qəribədir ki, bütün bu özbaşınalıqların artıq xeyli müddət davam etməsinə baxmayaraq, Beyləqan rayonunun rəhbərliyi hələ də Azil Aslanovun əməllərinə son qoymaq üçün heç bir təsirli vasitə tapa bimir...
Bu barədə araşdırmamız davam edəcək…