backend

"Otel otağına çağırıb, məni yatağa itələdi" - Aktrisa İbrahim Tatlıses haqda etiraf etdi - FOTO

"Otel otağına çağırıb, məni yatağa itələdi" - Aktrisa İbrahim Tatlıses haqda etiraf etdi - FOTO

Məşhur türk aktrisa-müğənni Deniz Akbulut illər sonra hər kəsi təəccübləndirən etiraf edib.

News24.az bildirir ki, TV-proqramların birində qonaq olan D. Akbulut İbrahim Tatlısəs haqda danışıb. Bir zamanlar Tatlıseslə filmdə tərəfmüqabili olan aktrisa ona aşiq olduğunu, amma bunu heç vaxt üzünə demədiyini açıqlayıb.

Akbulut Tatlıseslə bağlı yaşadığı bir olay haqda da danışıb. Bildirib ki, illər əvvəl Bursada qastrol səfərində olarkən Tatlısəs onu otel otağına çağırıb. Ondan xoşlandığını deyərək, yatağa itələyib. Həmin vaxt həyəcanlanan aktrisa "gənc idim, özümü onun qollarına buraxa bilərdim... Amma bəhanə uydurub, otaqdan çıxdım və ondan sonra İbrahim bəy Bursadan çıxıb getdi" - deyərək, belə davrandığına da açıqlama gətirib. O, bildirib ki, Tatlısesin hörmət etdiyi birisi də ona aşiqmiş. Əgər qarşılıq versəydi, həmin şəxs İbrahimi məhv edə bilərdi...
"Otel otağına çağırıb, məni yatağa itələdi" - Aktrisa İbrahim Tatlıses haqda etiraf etdi - FOTO
"Otel otağına çağırıb, məni yatağa itələdi" - Aktrisa İbrahim Tatlıses haqda etiraf etdi - FOTO