backend

Daha bir ölkə qarışdı - Xalq ordunun baş qərargahını ələ keçirdi - FOTO

Daha bir ölkə qarışdı - Xalq ordunun baş qərargahını ələ keçirdi - FOTO

Sudanda ictimai vəziyyətin gərginliyi pik həddə çatıb.

Publika.az xəbər verir ki, prezident Ömər əl-Bəşirə istefa çağırışı etmək üçün toplaşan etirazçılar ordunun əsas qərargahının yerləşdiyi bölgəyə girib.

Ölkədə son 4 aydır ki, baş qaldıran aksiyaların ən böyüyünə ev sahibliyi edən paytaxt Xartumda yüzlərlə etirazçı ilk dəfə milli ordunun mərkəz qərargahına daxil olmağı bacarıb.

Onlar orduya Bəşir hökumətini devirməsi və ölkədəki böhrana müdaxilə edilməsi çağırışı edib.

Etirazçı kütləni dağıtmaq istəyən polis gözyaşardıcı qazlardan istifadə edib.

Prezident həftiçi verdiyi açıqlamada ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirəcəyini söz vermişdi.

Qeyd edək ki, Sudanda həyat şəraitinin bahalılığı, neft azlığı və valyutanın dəyərdən düşməsi xalqı etiraz akisiyaları təşkil etməyə məcbur edib. Ötən ilin 19 dekabrından bəri baş qaldıran etirazlarda hökumətin rəyincə 32, Beynəlxalq Əfv təşkilatının hesabatına görə isə 51 nəfər həlak olub.