Azərbaycanda internet xidməti ucuzlaşacaq

Sosial 31-05-2019, 14:36
Azərbaycanda internet xidməti ucuzlaşacaq

Avropa İttifaqının Azərbaycanla birgə həyata keçirəcəyi “Eu4Digital” layihəsi hesabına ölkədə internet xidməti bir qədər də ucuzlaşacaq.

“Report” xəbər verir ki, bunu layihənin icrasına cəlb olunmuş “E&Y” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.

“Biz xüsusilə kənd yerlərində yüksək sürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq”, – o bildirib.

“E&Y” rəsmisi onu da əlavə edib ki, layihə Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxil olmaqla əksər dövlət qurumları ilə birgə icra olunacaq.
Oxunub: 141
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10