Kürdəmirdə AĞIR QƏZA: sürücünü bıçaqladılar və...

hadise 10-07-2019, 12:05


Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində yol qəzası olub.

Belə ki, 90 MH 206 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

İlkin araşdırma zamanı məlum olub ki, xəsarət alan sürücü bıçaqlanıb. Belə ki, Qaradağ rayonu Ələt qəsəbə sakini, 1964-cü il təvəllüdlü Səmədov Yaşar Əmirağa oğlu idarə etdiyi "Opel" markalı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində avtomobilinə mindirdiyi 3 şəxs arasında naməlum səbəblərdən mübahisə yaranıb.

Mübahisə zamanı sürücü bıçaqlı hücuma məruz qalıb. Bu zaman o, idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Nəticədə, Y.Səmədov sağ çiyin oynağının, sağ bazunun (12 ədəd), sağ əlin, sol saidin və sol əlin (2 ədəd) kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)
Oxunub: 68
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10