Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

maraqli / Iqtisadiyyat 14-11-2019, 22:01
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

“Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb. Şirkət 2019-cu ilin I və II rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün Bakcell ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “Speed Score” (sürət balları) nəticəsini nümayiş etdirib.
“Ookla”nın Speedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, Bakcell şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.
“Bakcell öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Ratgeber bildirib.

“Hər gün Speedtest üzərindən aparılan milyonlarla sınaq sayəsində Ookla bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat Bakcell abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir” deyə, “Ookla”nın icraçı vitse prezidenti Jamie Steven bildirib.
Bakcell öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.
Oxunub: 371
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


ILK-10