backend

Saatlı camaatı ayağa qalxdı - ŞOK VİDEO

Saatlı camaatı ayağa qalxdı - ŞOK VİDEO

Qaynarxett.az: Saatlıda hər şey göz qabağındadır. Hara baxırsan çirkab, haqsızlıq, məmur-biznesmenlərin özbaşınalığı, yaltaqlığı, nadanlığı, işverənləri və üzəduranları görürsən. Pis, yaxşı sovet dövründən qalma istehsal müəssisələri var idi ki, onlar da yırtıcı nəfisli məmurlar tərəfindən dağıdılaraq yerlə yeksan olundu. Hansı ki, təkcə Saatlı kəndində yerləşən çörək zavodunda vaxtıyla 800 nəfər adam çalışırdı. Hər dəfə həmin keçmiş zavodun qarşısından keçəndə fikirləşirsən ki, yəni bu qədər də vicdansızlıq olar? Rayon sakinlərinin bir parça çörək həsrəti çəkməyə sürükləyən vəzifə və iş başında olan belə adamların əməllərinə baxanda ancaq bir ad vermək olar: «Xəyanət». Rayonun infrastrukturundan isə heç danışmağa dəyməz. Zaman-zaman baxımsızlıq üzündən o da tamamilə sıradan çıxıb. Rayon demək olar ki, büs-bütün vəzifə başında olan işbazların girovundadır. Rüşvət və koruppsiya kimi bəla Saatlıda artıq qanuni normaya çevrilib. Bir sözlə, maddiyyat mənəviyyəti «yeyir». Sizə təqdim etdiyimiz video materialda əhali artıq cana doyduqlarını bildirirlər. Qaynarxett.az olaraq həmin videonu sizə təqdim edirik: