backend

Astarada əxlaqsızlıq yuvası aşkarlandı

Astarada əxlaqsızlıq yuvası aşkarlandı






















Polis əməliyyat keçirib.

Daxili İşlər Nazirliyi Astara rayonunda əxlaqsızlıq yuvasının aşkarlanması barədə məlumat yayıb.

Nazirlikdən daxil olan məlumata görə, Astara rayon sakini Fərid Ramazanov kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Ramazanov gəlir əldə etmək məqsədi ilə Qamışovka kəndindəki kafedə əxlaqsızlıq yuvası təşkil edib. Fərid Ramazanov Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.