backend

Lukaşenko Rusiyaya bel bağlamamağa çağırdı

Lukaşenko Rusiyaya bel bağlamamağa çağırdı






















“Biz əlimizi əlimizin üstünə qoyub daha yaxşı zamanı gözləyə bilmərik”.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətinə istənilən yol ilə Belarus malları üçün yeni satış bazarı tapmağı tapşırıb.

qaynarxett.az-nun BELTA-ya istinadən verdiyi xəbərə görə, o, bu barədə dekabrın 15-də bəyan edib.

“Biz qardaş dövlət olsaq belə, daima Rusiyaya səcdə edə bilmərik. Çünki gördüyünüz kimi, bir bazarın yıxılmağı ilə biz də uçuruma yuvarlandıq”, - hökumət başçısı bəyan edib. Eləcə də qeyd edib ki, bu gün üçün Rusiya bazarında əvvəlki 85% məhsul əvəzinə, indi cəmi 40-45% məhsul satılır.

Bununla yanaşı, prezident qeyd edib ki, Belarus bir bazardan asılılığı azaldıb, amma göründüyü kimi, bu azdır.

“Ukrayna da əlavə olunub. Düşünmürəm ki, Qazaxıstanda vəziyyət daha yaxşıdır. Ona görə də biz bütün mümkün yollarla yeni bazarlara çıxmalıyıq. Bu, mümkündür”, - Lukaşenko əminliklə bildirib.

Dövlət başçısı, ixracın diversifikasiyasına diqqət çəkərək, Amerika bazarına çıxa bilən bir sıra Belarus şirkətlərini nümunə gətirib. Belə mürəkkəb vəziyyətin ümumiyyətlə, heç vaxt olmadığını qeyd edən prezident, “bütün sanksiyalar ləğv edilib və biz onlarla ticarət edirik. Deməli, mümkündür”, deyə bəyan edib.

“Biz əlimizi əlimizin üstünə qoyub daha yaxşı zamanı gözləyə bilmərik. Bu vəziyyətdə öz bacarığımızı göstərməliyik. Gələn il bizim üçün sınaqdır”, - Lukaşenko sözünü yekunlaşdırıb.

Dekabrın əvvəlində Belarus prezidenti respublikanın bir sıra müəssisələrindən ərzaq məhsullarının çatdırılmasına Moskva tərəfindən qoyulan qadağaya görə, Rusiyanı Gömrük İttifaqının normalarını pozmaqda günahlandırıb.

“Rusiya dürüst davranmadı”, - Lukaşenko deyib. O, həmçinin Rusiya bazarlarına ərzaq mallarının çatdırılması zamanı fırıldaqçılığa dair ittihamı təkzib edib və Belarus məhsullarının keyfiyyətinə edilən narazıçılığı qəbul etməyib.