backend

Milli Məclisin ağlamalı gülməcələri

Milli Məclisin ağlamalı gülməcələri














(Əvvəli keçən sayımızda)

Şəkili deputatın hazırcavablılığı


Otelə giririk. Hər əlində bir çemodan götürmüş Natiq Rəsulov yükünün ağırlığından tər içindədir. Otelinin işçisi yolunu kəsir:
- Bəy əfəndi, yardımçı ola bilirmiyim?
- Yox, çəkil, özüm aparacam.
- Olurmu ya, bəy əfəndi, kəndinizin də millət vəkili olduğunuzu söylədilər. Lütfən, eşyalarınızı ben alayım.
Natiq bəy çemodanları yerə qoyub izahat verir:
- Ay əmoğlu, mənim diptatdığımın qutarmasına bircə il qalıf. Onnan sora mənim bacaracağım bir iş var, həblə o da hamballıxdı. Haindi qoymazsan məşqimizi yapaq, abi?

Paxıllığın dərəcəsi

Şaitdin Əliyev həm də onunla məşhurdur ki, mövzusundan asılı olmayaraq hansı qanun olur-olsun, mütləq çıxış yapıb, əvvəl layihəni eninə-uzununa tərifləyər, sonra da bir-iki nöqtə-vergül təklifi verərdi. Növbəti iclasların birində Oruc Məmmədov guya ona sataşmaq üçün arxadan səsləndi ki, bəs “Şayəddin, kartoçkam yoxdu, nə qanun olsa, eta, mənim də əvəzimə danışarsan”.
Fasilədə yaxınlaşdım Şaitdin müəllimə:
- Görürsən də, Oruc müəllim də sənə sataşır. Dünyanın işinə bax ha!
- Alə, həri də. Hələləri çoxdu. Bılar tupoy şeylərdi. Mən ki yurfakda oxiyirəm, qanunnara tekliflər verirəm,
paxıllığları tutur. Murtuz məllim də ələdü. Alə görmürsən, bi dənə senə söz vərmir, bi dənə də mənə...

Daha bir sənətkar

İkicə günlük səfərə gedirdik. Sabir Rüstəmxanlının əlində bir yekə çemodan vardı.
- Ay Sabir bəy, -dedim, - bu çamadana nə yığmısan, araqdı?
- Yox, -dedi, - arasında hədiyyəlik kitab-zad da var.

Ardı var