backend

Putinə ilin son zərbəsi

Putinə ilin son zərbəsi

Rusiyanın paaytaxtı Moskvada "Manej" meydanında icazəsiz etiraz aksiyası keçirilir.

qaynarxett.az ANS PRESS-ə istinadən məlumatına görə, polis aksiya iştirakçılarına müdaxilə edib və 117 nəfər saxlamılıb.

Meydana OMON-çular gətirilib.

Tver küçəsində ev dustağı şərtlərini pozan müxalifət lideri Aleksey Navalnı da saxlanılıb. Navalnı "Manej" meydanında keçirilən aksiyaya qoşulmağa çalışıb. Son məlumatlara görə, Navalnı artıq evə çatdırılıb. Onu evdən buraxmırlar.

Qeyd edək ki, Aleksey Navalnı rusiyalıları küçələrə çıxmağa çağırmışdı. Məhkəmə hökmündən sonra məhkəmə binası qarşısında çıxış edən A.Navalnı demişdi: "Bu rejimin yaşamağa haqqı yoxdur. Bu rejim dağıdılmalıdır. Mən hər bir kəsi bu gün küçəyə çıxmağa çağırıram.”
Putinə ilin son zərbəsi
Putinə ilin son zərbəsi
Putinə ilin son zərbəsi