backend

Ermənilər, əl saxlayın. Siz nə edirsiz?

Ermənilər, əl saxlayın. Siz nə edirsiz?






















Çörək verən əli qapmazlar

Gümrüdə vəziyyət getdikcə gərginləşir. Bu gün heç bir erməni bu şəhərdə baş verən qanlı hadisələrdən kənarda qalmaq istəmir.

Damarında tarix boyu özgə torpaq və tarixi mənimsəyən həmin qədim erməni xalqına məxsus xalis erməni qanı axan hər bir erməni hərəkətə keçməlidir. Valeri Permyakov tərəfindən törədilən dəhşətli cinayətə susmaq olmaz.

Xalqın qəzəbi milləti küçələrə çıxmağa vadar etdi. “Alicənab” qəzəb o qədər güclü idi ki, Rusiyanın Gümrüdə yerləşən konsulluğunun qarşısında yığışmış insanlar etiraz etdilər, etdilər, etdilər...

Onlar çox təmtəraqlı danışır, həmvətənlərini bu dəhşətli hadisəyə biganə qalmamağa, Kremli bu insan cildinə girmiş vəhşi canini erməni hüquq mühafizə orqanlarına təhvil verməyə məcbur etməyə çağırırdılar. Rusiya hərbçisi Valeri Permyakov etiraf edib ki, həmin gecə soyuqqanlılıqla erməniləri güllələyib. O, çox şey danışıb və eşitdiklərindən insanın damarlarında qanı donur.

O bildirib ki, bazadan gəzmək üçün çıxıb. Sadəcə gəzmək, hava almaq və ətrafa nəzər salmaq istəyib (Burada təbiət gözəldir, axı bu torpaqlar nə vaxt isə Azərbaycana məxsus olub). Onun söhbətinin davamı qanı dondurur. İnanmazsınız, amma o, təsadüfən Avetisyanovların evinə gedib çıxıb... Su istəyib.

Sadəcə su. İçmək üçün. Avetisyanovlar təbii ki, etiraz ediblər. Haqlı idilər də. Gecə vaxtı Gümrüdə çiynindən avtomat asaraq gəzən əsgərə su vermək olmaz. Hələ bu başqa bir ölkənin əsgəridirsə. O, ümumiyyətlə, Gümrüdə nə edir? Azıb? Amma bu, əsas deyil... Bu vəhşi heyvan - Permyakov güllələri bir-birinin ardınca Avetisyanovlar ailəsinin üzvlərinə vurub. Bu zaman onların gözünün içinə baxırdımı? Onların ağrısını hiss edirdimi? O bilirdimi ki, tökdüyü qan, əsrlər boyu özgə torpaq və tarixini mənimsəməyə məcbur edən həmin erməni qanını tökür?

Permyakov, sən vəhşisən!

İndi erməni nə etməlidir? O, bu qanlı hadisələrdən kənarda qala bilməz. O, təhqir edilib. O, alçaldılıb. Axı ona müdafiəsinə və himayəsinə güvəndiyi əsgər güllə atıb. Məgər bu vəziyyətdə erməni regionda strateji əməkdaşlıq haqqında düşünə bilərmi? Məgər o, Rusiyanın bu ölkəyə yatırdığı çoxmilyonluq sərmayəni xatırlaya bilərmi? Avetisyanovlar ailəsinin üzvlərinin tökülən qanı intiqama çağırır. Düzdür, Rusiyanın Ermənistana qoyduğu sərmayənin də məbləği az deyil... Sərmayənin məbləği artdıqca Ermənistanın Rusiyadan asılılığı da artır.

Şimali imperiyanın kiçik, amma qürurlu erməni dövlətinə sərmayələri erməni büdcəsindən bir neçə dəfə azdır və iki milyonluq əlavəsi olan milyarda bərabərdir. Axı bu vəziyyətdə pul və ya regionda strateji əməkdaşlıq haqqında necə düşünmək olar?! Rusiyanın Ermənistana qoyduğu sərmayəni hesablamaq, Rusiyanın “Kalaşnikov” avtomatından güllələnən Avetisyanovların xatirəsini tapdalamaq deməkdir.

Rusiyanın bu ölkədə hər şeyi və hər kəsi aldığı nöqteyi-nəzərindən çıxış etmək Permyakovun odlu deyil, soyuq silahla öldürdüyü körpəni tapdalamaq deməkdir.

Permyakov, sən vəhşisən!

Şərəfli erməni necə davranmalıdır? O, unutmamalıdır ki, Qafqazda azərbaycanlı və gürcülər kimi ləyaqətli xalqlarla qonşuluq edir. Satılmayan, şərəfini itirməyən, bəlkə elə buna görə də torpaqlarını itirən xalqlarla, amma o torpaqlar mütləq qayıdacaq. Axı belə yaxın qonşuluq ermənilər üçün həmin xalqlardan yaxşı keyfiyyətlərin aşılanmasına, onların da şərəfli və bəlkə də cəsarətli olmasına imkan yaradır.

Amma cəsarətin də həddi var. Əgər sərhədləri aşırsa, bu artıq cəsarət deyil, axmaqlıqdır, ona görə də ermənilər artıq əl saxlamalıdırlar. Onlar anlamalıdırlar ki, sahibin çörək verən əlini qapmazlar. Gümrüdə yerləşən Rusiya konsulluğunun qarşısına çıxıb dünyada nəhəng ölkələrdən biri olan Rusiyanın prezidentinin ünvanına yaraşmayan sözlər qışqırmaq olmaz. Axı sahib cəzalandıra bilər.

Ermənilər, əl saxlayın. Siz nə edirsiz?

Emosiyalara uymayın. Gələcəkdə belə Permyakovlar olacaq, amma siz dözümlü olmalısız. Xalqların qardaşlığına olan inamınızı itirməyin.

Permyakov isə... Permyakov, sən vəhşisən!

Dünyamalı Nurşərəf