backend

PA: İslam dininə münasibət beynəlxalq siyasətin əsas məsələsinə çevrilib

PA: İslam dininə münasibət beynəlxalq siyasətin əsas məsələsinə çevrilib






















Novruz Məmmədov tvit yazdı

Təəssüf ki, “Şarli Ebdo”ya terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətin gündəliyinin əsas məsələsinə çevirdi.

qaynarxett.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

“Görünür Avropa İttifaqının bəzi dairələri bu prosesin nə dərəcədə təhlükəli olduğunu anlaya bilmədilər”, - deyə, N.Məmmədov vurğulayıb.