backend

Nefçala icra başçısı işğal əməliyyatına başladı

Nefçala icra başçısı işğal əməliyyatına başladı














Neftçalanın «Balıq bazarı»nda bir neçə gün öncə etiraz aksiyası keçirən 30-a yaxın ticarətçi məhkəməyə çağırılıb

Bu haqda bazarın rəhbəri Zakir Fərzəliyev məlumat verib. Xatırladaq ki, yanvarın 12-i və 13-də Neftçalada «Balıq bazarı» kimi tanınan «Vüsal» MMC-nin nəzdindəki ticarət mərkəzində çalışanlar bazardan çıxarılmalarına etiraz olaraq aksiya keçirmişdi. Aksiyaçıların sözlərinə görə, etiraza səbəb onların zorla digər ticarət mərkəzinə köçmələrinə məcbur edilmələridir.
Etirazçılar deyirdi ki, bir il öncə rayonun icra başçısı özünə böyük ticarət mərkəzi tikdirib. Şəhərdən kənarda yerləşdiyindən, həm də baha qiymətə təklif olunduğundan ticarətçilər bu mərkəzin dükanlarını və vitrinlərini icarə götürməyə maraq göstərməyiblər. Etirazçı tacirlərin sözlərinə görə, onları bu dükanları icarəyə götürməyə məcbur etmək üçün indiyə kimi müxtəlif vasitələrdən istifadə olunub. Onların bildirdiyinə görə, bunlardan biri də biri də polis vasitəsi ilə təzyiq göstərməkdir: "Hər gün polis idarəsinin əməkdaşları bazarın qarşısına gələrək günün müəyyən hissəsini oraya nəzarət edirlər. İcra başçısı İsmayıl Vəliyev rayonun avtovağzalını bağlatdırıb. Bunun əvəzində isə avtovağzal kimi yeni inşa etdirdiyi bazarın qarşısını istifadə edir ki, bazar işləsin. Avtobuslara nəzarət isə İ. Vəliyev tərəfində keçmiş polis əməkdaşı Aydın Aslanova verilib. Bundan başqa, icra başçısının yanında onun işlərini yürüdən polis əməkdaşları Xəqani Səfərov və Sadiq Muradov var. Onlar bazarda ticarətlə məşğul olanları hədələyərək bazarın 95 %-ni yeni bazara köçürməyə müvəffəq olublar". Tacirlər deyir ki, bütün təzyiqlərə baxcmayaraq, işlərinə davam edəcəklər.
Bazarın rəhbəri Zakir Fərzəliyev deyir ki, aksiylardan sonra bazara baytarlıq idarəsinin işçilərini göndəriblər. Onun sözlərinə görə idarə əməkdaşları bazarda çalışan ticarətçiləri kütləvi cərimələməyə başlayıb: «Bizim bazarda satılan balıqlar hamısı müayinə olunmuş balıqlardır. Yəni, topdansatış yerlərində yoxlanıldıqdan sonra bizimkilər gedib alıb gətirir. Həmin yerdən icra hakiminə məxsus ticarət mərkəzində çalışan ticarətçilər də balıq alır. İndi bizim bazarda balıq satanları yarasız məhsul satdıqlarına görə sifarişlə kütləvi cərimə edirlər ancaq, digər ticarət mərkəzindəkiləri yox. Necə olur ki, eyni yerdən alınan balıq onlarda keyfiyyətli, bizdə keyfiyyətsiz olur? Qanunla cərimənin ödənməsi üçün ən az bir ay vaxt tanınır. Üstündən 1 həftə keçməmiş məhkəməyə veriblər ki, cərimə ödənməlidir. Yanvarın 22-də hamıya zəng vurub məhkəməyə çağırıblar. Bu artıq təzyiqin yeni növüdür. Görürlər ki, çıxmaq istəmirlər, axıra kimi gedib təslim etmək istəyirlər».