backend

Özəl tibb müəssisələri cəzalandırıldı

Özəl tibb müəssisələri cəzalandırıldı






















Səhiyyə Nazirliyi məlumat yaydı

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən dörd özəl tibb müəssisəsini cəzalandırıb.

qaynarxett.az Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ciddi qanun pozuntularına yol verdiklərinə görə, “Bioloji Təbabət” MMC, “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi”, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.

Səhiyyə Nazirliyi bildirib ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı nazirliyin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az) əldə etmək olar.

Nazirlik vətəndaşlara lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özlərini və yaxınlarının həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edib.