backend

Göyçay Rayonu sakini əlacsız qalıb!

Göyçay Rayonu sakini əlacsız qalıb!













Göyçay Rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfü oğlu tərəfindən qəzetimizin electron poçtuna şikayət ərizəsi daxil olmuşdur. Məktubda deyilir:

“14 nəfərlik ailəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev və Göyçay Rayon İcra Qrupu qəsdən hüquqlarını pozmaqla bizə küllü miqdarda ziyanlar vurmuşdular. Beləki Göyçay Rayon Aqrar İslahatlar Komissiyasaının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 ha torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz olaraq satmış, uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edimiş və özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə Qərar çıxartmışdır.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanunu qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq Göyçay rayon İcra Qrupu məhkəmə qərarını qanunsuz olaraq icra etmir.Çünki Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev məhkəmə qərarının icrasına icazə vermirki bu özbaşınalıqdır.Bu adam o qədər harınlayıb ki, dövlət adından əhaliyə verilmiş pay torpaq sahələrini qanunsuz olaraq başqa-baçqa şəxslərə satmışdır.Nofəl Fərzəliyevin belə qanunsuz əməllərindən çoxlu sayda rayon sakinləri əziyyət çəkirlər. Belə mübahisəli işlər məhkəmələrdə yüzlərlədi. Hətda torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, "mən torpağı qaytarmayacam çünki Nofəl Fərzəliyevə 100.000 manat pul veriv bu torpağı almışam". Bütün bunlara baxmayaraq onun barəsində qanunu tədbir görülmür ki, nəticədə də azğınlaşmışdır.Uzun illərdi torpağımızın zəbt olunmasına görə əkib-becərə bilmədiyimizdən bizə küllü miqdarda ziyanlar dəymişdir.Buna görə yoxsulluq həddində yaşayırıq.Sevindik ki. Məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq buna baxmayaraq məhkəmə qərarını Göyçay Rayon İcra Qurupu icra etmir, daha doğrusu icra edə bilmir.Biz bu qanunsuzluq barədə Ədliyyə Naziri cənab Fikrət Məmmədova şikayət göndərmişik.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm.Cənab Prezident Sizin dünən imzaladığınız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsinə dair fərmanınıza ailəmiz çox sevindi , yüzlərlə kasıbın haqqını yeyən Nofəl Fərzəliyevin bütün fəaliyyəti obyektiv yoxlanılmalıdır. Məhkəmə qərarını qanunsuz olaraq icra etməyən Göyçay Rayon İcra Qrupu və Göyçay rayon sakinlərinin torpaqlarını saxtakarlıqla satıb mənimsəmiş Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində ciddi tədbirlər görməyinizi Sizdən çox-çox xahiş edirəm.”