backend

Xüsusi təyinatlı polis Yevlaxda əməliyyat keçirdi - Sahibkarları hədələyən 7 nəfər saxlanıldı

Xüsusi təyinatlı polis Yevlaxda əməliyyat keçirdi - Sahibkarları hədələyən 7 nəfər saxlanıldı























7 Respublikanın daxili işlər orqanları cinayətkarlığın profilaktikası məqsədilə Yevlax rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meyilli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.

Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.