backend

İŞİD Avropa sərhədlərinə yaxınlaşır

İŞİD Avropa sərhədlərinə yaxınlaşır




“France 24” telekanalının eksperti Ceyms Andre terrorçu İŞİD təşkilatı üzvlərinin Avropa sərhədlərinə yaxınlaşdığını bildirib.

qaynarxett.az İran mətbuatına istinadən xəbər verir ki, ekspert çıxışı zamanı məsələnin kifayət qədər ciddi olduğuna işarə edib: “İtaliya ilə İŞİD-in yeni fəaliyyət mərkəzi arasında cəmi 800 km-lik məsafə var”. Daha sonra Liviyada terrorçu qruplaşmaya yönəlik əməliyyat hazırlandığını deyən fransız ekspert Andre Ceyms yaxın günlərdə bir neçə ölkənin Xarici İşlər nazirlərinin İŞİD təhlükəsi barədə fikir mübadiləsi aparmaq üçün Vaşinqtonda bir araya gələcəyini bildirib.