"Neftçi"yə 2000 manat cərimə

İdman 17-02-2015, 17:49
"Neftçi"yə 2000 manat cərimə




Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. qaynarxett.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.


“Qəbələ” ilə səfər oyununda “Neftçi”nin 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması “ağ-qaralar”ın 1000 manat məbləğində cərimələnməsinə səbəb olub. Matçın 52-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün kluba əlavə 1000 manat cərimə kəsilib.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Oxunub: 757
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10