backend

Betərin betəri var

Betərin betəri var

İnsan bir fəlakətlə və ya pis bir vəziyyətlə qarşılaşınca "bunun da daha pisi ola bilərdi." deyə təsəlli tapmalıdır.

Qəza edən biri, maddi itkisinə kədərlənəcəyinə yox, ölmədiyinə şükr etməlidir. Dərsdən qalan bir şagird aşağı qiymət aldığı zaman betərin betəri var deyib qalmadığına sevinməlidir. İstənilən insan övladı hündür bir yerdən yıxılarsan çıxıqı varsa belə , qırıq olmadığı üçün xoşbəxt olmalıdır. Hər vəziyyətin şübhəsiz bir dərəcə pisi vardır. Bunu düşünmək təsəlli verir.
Hərçənd indiki zəmanəmizdə bunu demək olar ki, az-az eşidirik. Çünki, günü -gündən artan problemlərin həllini tapmayanlar çox çətinliklə yaşayırlar. Daha betəri isə ancaq ölüm bilərək, Allahın verdiyi canı qul özü almış olur. Bu problemlər üzündən intihar, oğurluq, qətl törədənlərin sayı getdikcə artmaqdadır.
Bu gün də dolların birdən -birə artması insanlar tərəfindən etirazla qarşılandı. Kimisinin banka olan kredit faizi, kimisinin ərzaq , kimisinin isə bunun altından necə qalxa biləcəyi ağır dərdə çevrilmişdi. Türkiyə və Moskva şəhərində düşən dolların qiyməti bizim ölkədə qalxması ilə nəticələndi. Bu da bizim şəhərin şəhərlər içərisində "bahalı şəhər" olmağı ilə bağlıdı. Axı bura Azərbaycandı...
Bu vəziyyətlə maraqlanan hər kəs istənilən yerdən informasıya əldə edə bilir. Elə həmin informasiyanı nəzərdən keçirsək xatırlayarıq ki, iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb bildirmişdir ki, " Avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. Dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik"-sözündən belə çıxır ki, bizdə ölən bir də dirilmir. Yəni dolların düşməsini deyil, əksinə betər olması yəni qalxmasını gözləyin.
Dolların qalxmasından təxminən hələ iki həftə keçməsinə baxmayaraq, bir daha günümüzə diqqət yetirsək aydın görə bilər ki, üzləri maskalı naməlum şəxslər tərəfindən "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın edib. Bu onun göstəricisidir ki, artıq vəziyyətin bu həddə çatmasına səbəb vəziyyətin gündən-günə pisləşdiyini açıq şəkiləd bəyan edir.
Onu da qeyd edim ki, bu vəziyyətdən istifdə edən satıcıların bəxti yamanca gətirdi. Süni qiymət artımına yol verməklə, bu üsuldan istifadəni fürsət bilib alıcının cibinə asan girə bildilər. Elə bu gün aldığım informasiyada marketlərdəki kassaların insanları necə aldatdığını öyrənə bildim. Malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyini, bununla da istehlakçıların qiymətdə aldadıldığını müşahidə etmək olar.
Günü- günüdən çətinləşən bu ağır günümüzdə yenə də Şükr etməyi və Səbr etməyi bacarmalıyıq. Çünki gün üstünə gələn yeni bir gün daha çətinləşib bizi sınağa çəkir. Getdikcə yaşanan bö dövrümüzə əsasən bunun betər olduğunu düşünməyin . Biz insanlara isə bu çətinlik qarşısında daim gümrah olmağı düşünərək axı "Betərin də betəri var"- deyib öz-özümüzə təsəlli verərək yaşamağa davam edək.