backend

Sarkisyan: Türklərlə qonşu olmağı biz seçməmişik

Sarkisyan: Türklərlə qonşu olmağı biz seçməmişik






















“Ümid varam ki, münasibətlər normallaşmağa doğru gedəcək”.

Türklər və ermənilərin bu bölgədə qonşu olmaqlarını biz seçməmişik. Sənədləri türklər təsdiqləsəydi hər şey fərqli olardı”.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan CNN Türk-ə açıqlamasında bildirib, O, qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrini özündə əks etdirən protokolların Ermənistan parlamentindən geri çağırılması Türkiyəyə verilən siyasi mesaj idi:

“Biz imzalamadıq, Türkiyə təsdiqləsə, biz də təsdiqləyəcəyik”,- açıqlamasında bildirib.

Sarkisyan Türkiyənin baş naziri Əhməd Davudoğlunun 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verməsi məsələsinə toxunub:

“Beynəlxalq arena üçün verilən bir açıqlama idi. Ümid varam ki, prezident Ərdoğan 24 apreldə daha güclü bir açıqlama verər, münasibətlər normallaşmağa doğru gedər”.