backend

Bakıda dəhşətli yanğın, ölənlər var - Foto-Video (Yenilənib)

Bakıda dəhşətli yanğın, ölənlər var - Foto-Video (Yenilənib)
























Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, yanğın nəticəsində hazırda biri azyaşlı olmaqla 2 nəfər ölüb. 15 yaralı isə qeydiyyata alınıb.

Hazırda hadisə yerində təcili yardımın 30 briqadası işləyir.

***
Bakıda Azadlıq prospektində, bina 189-da yanğın başlayıb.

qaynarxett.az xəbər verir ki, Azadlıq prospektində yerləşən 16 mərtəbəli binada başlayan yanğın bütün binanı əhatə edib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Binanın sakinləri yaşadıqları ərazidən təxliyə edilir.

Yanğın nəticəsində binanın yaxınlığındakı avtomobillərə də xeyli ziyan dəyib. Yanğının baş verdiyi səbəb hələlik bilinmir. Qeyd edək ki, yanğın baş verən bu binanın da fasadı polietilen örtüklə üzlənib.

Xatırladaq ki, bundan əvvəl Nobel prospektindən belə örtük üzündən yaşayış binası tamamilə yanmışdı.

***
"Azadlıq" prospektində baş verən yanğınla bağlı nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.

***
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev isə lent.az-a açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.