backend

İlham Əliyev və Putin Qarabağı müzakirə etdilər

İlham Əliyev və Putin Qarabağı müzakirə etdilər
























“Münasibətlərimizin bütnü ölçüləri barədə çox ətraflı danışılıb”

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin şənbə günü baş tutan görüşündə Dağlıq Qarabağdakı münaqişənin nizamlanması mövzusuna toxunulub.

qaynarxett.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib.

“Əsas etibarilə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunub. Bu münasibətlər çoxvektorlu və çoxtərəflidirlər. Münasibətlərimizin bütnü ölçüləri barədə çox ətraflı danışılıb. Qarabağ mövzusuna da toxunulub”, - deyə, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri bildirib.