backend

Musavat Taleh Xasməmmədovla bağlı bəyanat yaydı

Musavat Taleh Xasməmmədovla bağlı bəyanat yaydı

Müsavat Partiyası bu ilin fevral ayının 24-də Göyçay şəhərində həbs edilən, sonradan ittiham irəli sürülməklə həbs müddəti uzadılan vicdan məhbusu, hüquq müdafiəçisi və Müsavat Partiyasının üzvü Taleh Xasməmmədova dair bəyanat yaylb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, ona 22 iyul 2015-ci il tarixdə Göyçay Rayon Məhkəməsində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Müsavat Partiyası Taleh Xasməmmədov haqqında məhkəmənin bu qərarını qətiyyətlə pisləyir, hüquq müdafiəçilərinə və ədalət uğrunda mübarizə aparan müsavatçılara qarşı yönələn repressiya siyasətinin davamı olduğunu bəyan edir.

Müsavat Partiyası Taleh Xasməmmədovun və günahsız olaraq həbs edilən bütün siyasi məhbusların azad olunmasını tələb edir.