backend

İcra başçısı boş qalan vəzifəyə qiymət müəyyən edib... - ANONS

İcra başçısı boş qalan vəzifəyə qiymət müəyyən edib... - ANONS





















Ən azından 150 min manatı olan varsa...


Salyan rayon təhsilindəki biabırçılıqlar, qanunsuzluqlar, rüşvətxorluq barədə ölkə mətbuatında kifayət qədər yazılıb. Ona görə də yazılanları təkrarlamağa ehtiyac görmürük. Qısa xatırlatma üçün bildirək ki, rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlovun fəaliyyətinin nəticəsi olaraq bəlli olub ki, bu sahədə 700 min manat yeyinti var. Kompüterlərin alınmasında, məktəblər üçün avadanlıqların alınmasında hesablar 3-4 dəfə şişirdilib. Ölən uşaqlara guya fərdi təhsil vermək adı altında on minlərlə pul silinib. Ərə getməyən müəllimələrə analıq məzuniyyəti və s. Bütün bunlar Salyan təhsilində adi hal sayılır. Bunların üstü açılanda cinayət işi qaldırmamaq üçün Əbülfət Bədəlov 330 min manat pul ödəyib. Qalan pulu isə ödəmək istəməyib. Bədəlov bildirib ki, bu pulları mən tək yeməmişəm, qoy icra başçısı da qalan pulları ödəsin. qaynarxett.az-ya daxil olan məlumata görə, bu yaxınlarda rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov vəzifəsindən azad edilib. Onun boş qalan yerinə icra başçısı Tahir Kərimov müdir axtarır. Ancaq təhsil şöbəsinin müdirinin yeri 150-200 min manata "hərraca” çıxarılıb. Hazırda Təhsil Nazirliyi ilə söhbətlər gedir.

ARDI VAR...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.