backend

60 saylı Salyan-Neftçala seçki dairəsi Fəzail Ağamalıdan imtina edir

60 saylı Salyan-Neftçala seçki dairəsi Fəzail Ağamalıdan imtina edir

60 saylı Salyan-Neftçala seçki dairəsi Fəzail Ağamalıdan imtina edir












60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə millət vəkli Fəzail Ağamalı 10 ildir seçiçiləri yola verməklə məşğuldur.
Qeyd edək ki, iki beşilliklərdə 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə seçilən müllət vəkili Fəzail Ağamalı bu günə kimi, seçildiyi dairə üzrə seçicilərə ancaq yalan vədlər verib.
Seçki kompaniyası zamanı seçicilərlə tez-tez görüşəcəyini, yollar saldracağını, 60 saylı Salyan-Neftçala seçki dairəsinə aid olan kəndlərin təbii qaz problemini qısa zamanda aradan qaldıracağını və yeni məktəb, səhiyyə binası tikdirəcəyini söz verdi. Amma Millət Vəkili hələ bu günə kimi sözünü tutmayıb.
Bəsə görəsən Fəzail Ağamalı 2015-ci il Parlament seçkilərinə yenidən 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə namizədliyini irəli sürərsə, bu dəfə seçicilərə hansı yağlı vədlər verəcək?
Salyan və Neftçala rayonunda olarkən sakinlərlə görüşlər keçirib, onların seçkilərlə bağlı fikirlərini öyrəndik. Bir qrup rayon sakinlərinin sözlərinə görə, baxmayaraq Fəzail Ağamalıya səs vermişik lakin millət vəkili seçildikdən sonra heç onun üzünü bu günə qədər görmək bizə nəsib olmayıb. Hətta bir çoxları Fəzail Ağamalı adda millət vəkili olduğunu bilmirlər. Söhbət zamanı rayon sakinləri tam narazı şəkildə onu da bildirdilər ki, Fəzail Ağamalıya dəfələrlə problemləri ilə bağlı müraciət etsələrdə nəinki həllini tapmaq, heç millət vəkili tərəfindən reaksiya belə olmayıb.
Çox maraqlıdır 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə seçilən millət vəkili Fəzail Ağamalı olsa da, çox təəssüf ki, seçicilər seçdikləri millət vəkili Fəzail Ağamalıdan diqqət və qayğını görmürlər əksinə onun rayon sakinlərinə qarşı biganəliyindən ağızdolusu danışırlar.
Rayon sakinlərinin sözlərinə görə, 60 saylı Salyan-Neftçala seçki dairəsi ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə, 20 yanvar əlillərinə, imkansız ailələrə və digərlərinə bu günə qədər heç bir qayğı göstərilməyib.
Millət vəkili Fəzail Ağamalının mövqeyini dərc etməyə hazırıq.
- See more at: http://xalqxeber.az/gundem/24292-60-sayli-salyan-neftchala-sechki-dairesi-fezail-agamalidan-imtina-edir.html#sthash.WnhfaQU1.dpuf