backend

Fahişəliyin tüğyan etdiyi QALA ...əxlaqsızlığın canlı təbliğatı...

Fahişəliyin tüğyan etdiyi QALA ...əxlaqsızlığın canlı təbliğatı...
















Bu əxlaqsızlıq yuvaları arasında, Azərbaycan Universitetinin 20-30 addımlığında yerləşən “Qala” massaj salonunu xüsusilə vurğulamışdıq.

Belə ki, ali təhsil ocağının tam yanında yerləşən bu fahişəxana gənclərimizin əxlaqının pozulmasına xidmət edir. Əfsuski, nə hüquq-mühafizə orqanları, nə də universitet rəhbərliyi bu yazıya reaksiya vermədilər. Belə olan halda tam sərbəst yaza bilərik ki, kimlərinsə burada şəxsi maraqları var.

“Qala” massaj salonu adındanda bəli olduğu kimi obyektin özüdə elə qala görkəmindədir.

Bu massaj salonunu işlədən bir xanım və araşdırmalardan əldə etdiyimiz məlumatda əsil sahibkarınsa pensiyaya çıxmış DİN-nin əməkdaşı olmasıdır.

Burda təccüblü heçnə yoxdur, çünki vaxtı ilə bu kimi obyektlərə göz yumanlar pensiya vaxtı çatanda, bucür obyekt işlədəcəkləri açıq-aydın bəlidir.
Buda heç kimə sirr deyil ki, ərazi polis idarəsi öz sahəsində uçan quşdan hətta xəbərdar olsalarda Azərbaycan Universitetinin 20-30 addımlığında yerləşən “Qala” massaj salonundan quşculuq fermasından xəbrsiz deyilər.

“Qala” massaj salonunu işlədən, əcnəbi və azeri qızlarını əxlaqsız işlərə sövq edən bu salonu işlədən xanımsa bildiri ki, heç kəs ona heçnə edə bilməz ərazi polisindən tutmuş dövlətin bir çox qrumlarına haqq ödədiyini və buna görədə heç bir dövlət orqan əməkdaşı onu narahat edə bilməzlər.

İnsani dəyərlərimizin itirilməsində yerli polis idarələrinin görünür ki, səyləri çox böyükdür.

İş bu yerdə olan halda, ortaya bir sual çıxır. Əgər bunlar hər şeydən bu qədər məlumatlı ola bilirsə niyə bunlara göz yumulur..? Bilərəkdənmi Ali Təhsil ocağı sayılan Azərbaycan Universitetinin 20-30 addımlığında hətda üzbə-üz bu tip obyektin açıq aşkar fəaliyyətinə şərait yaradılır. Obyektdə admistratorluq edən xanımda bunların əmələrini ifşa etdi bu belə deyilsə o zaman gücünüzü göstərin. Bağlatdırın bu xalqda bilsin ki, onun polisi həqiqətəndə onları bütün bəlalardan qoruyur.

Sonda üzümüzü tutub, həmin polis işçilərinə demək istəyirik ki, vaxt gələr sizində övladlarınız o, Universitetdə oxuyar o zaman necə vicdanınız qəbul edəcək ki, hər gün övladınız əxlaqsızlığın tüğyan etdiyi bu “quşxanalarda” baş verənləriöz gözləri ilə görsün?!...

Redaksiyamız bu obyektin tam ləvği üçün bütün dövlət qrumlarına müraciət ünvanlayacaq.
Qarşı tərəfidə dinləmək kimi niyyətimizdə yoxdur. Bu əxlaqsızlığa dur deməyin vaxtıdır.

BakuNews K.Vedili