backend

"Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”

"Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”
Bunu "Neftçi"nin baş məşqçisi Samir Əliyev Premyer Liqanın XII turunda "Rəvan”la qarşılaşmadan sonra deyib.

Samir Əliyev istefa qərarımın üstündə durmadığına görə peşman olduğunu da deyib: "Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz "Rəvan”dan heç də zəif deyil. "Rəvan” udulası rəqib idi, sadəcə rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”.

"Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov isə cari mövsümdə qazandıqları ilk qələbədən danışıb: "Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.

Bu gün "Rəvan” səfərdə "Neftçi”ni 3-2 hesabı ilə məğlub edib. Hesabı 41-ci dəqiqədə "Neftçi"nin oyunçusu Ruslan Qurbanov açıb. 47-ci dəqiqədə "Rəvan"ın oyunçusu Nicat Muxtarov cavab qolu vurib. 59-cu dəqiqədə "Rəvan"ın təmsilçisi Yamin Ağakərimzadə, 65-ci dəqiqədə Ruslan Tağızadə qonaqları hesabda önə keçirib. 90-cı dəqiqədə ikinci topu vuran Ruslan Qurbanov hesabdakı fərqi azalda bilib.

12 oyundan sonra "Neftçi" 13 xalla 6-cı, "Rəvan" isə 5 xalla sonuncu - 10-cu pillədədir.