Rövnəq Abdullayevin xalası oğlu dənizdə itkin düşüb

gundem 19-12-2015, 00:22
Rövnəq Abdullayevin xalası oğlu dənizdə itkin düşüb




Dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın zamanı itkin düşən neftçilər arasında SOCAR prezidenti Rövnəq Abdullayevin xalası oğlu da var.

SOCAR-ın mətbuat xidmətindən bu faktı virtualaz.org saytına təsdiqləyiblər.

İtkin düşən neftçi, 43 yaşlı Əyyub Xəlil oğlu Əliyev uzun illər Dövlət Neft Şirkətində fəhlə işləyib. Faciə baş verən gün o da digər neftçilərlə birgə 10-cu özüldə iş növbəsində olub. Digər itkinlər kimi SOCAR prezidentinin yaxın qohumu Əyyub Əliyevi də xilas etmək mümkün olmayıb.

SOCAR prezidentinin doğma xalası oğlunun adi fəhlə kimi çalışması faktı Azərbaycan reallığında ilk baxışda təəccüb doğura bilər. Axı bu, həm də məmur təbəqəsinin mentalitetinə - adəti üzrə yaxınlarına və qohumlarına daha yaxşı karyera düzəltməyə üstünlük verən məmurların dünyagörüşünə uyğun gəlməyən haldır.

Lakin bu fakt SOCAR rəhbərliyini “neftçiləri aşkar ölümə göndərməkdə” ittiham edənlərə yaxşı cavabdır. Axı kim öz qohumunu aşkar ölümə göndərər?! Bəli, “Günəşli”də dəhşətli faciə baş verdi. Belə faciələrdən isə heç yerdə və heç kim sığortalanmayıb. Göründüyü kimi, elə SOCAR prezidentinin özü də...
Oxunub: 572
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10