backend

“Gürcüstan Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək”

“Gürcüstan Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək”




Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş naziri postuna namizəd Qeorqi Kvirikaşvili ölkə parlamentində çıxış edərkən deyib.

“Biz elə işləyəcəyik ki, qonşularımızla münasibətlərdə olan mövcud potensial tam şəkildə gerçəkləşsin. Rusiya ilə münasibətlərə gəldikdə, biz praqmatik siyasət yürütməkdə davam edəcəyik. Təbii ki, Rusiya Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşması şərti ilə”, deyə Qeorqi Kvirikaşvili bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvilinin istefasından sonra Gürcüstanın parlamenti rəsmi olaraq xarici işlər naziri Qeorqi Kvirikaşvilinin namizədliyini baş nazir postuna irəli sürüb. Onun namizədliyini Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili də dəstəkləyib.