backend

MUHAFİZƏÇİNİ AGZINDAN GULLƏLƏDİLƏR-BAKIDA

MUHAFİZƏÇİNİ AGZINDAN GULLƏLƏDİLƏR-BAKIDA

Bakıda güllələnmə hadisəsi baş verib.

Məlumata görə, qanlı hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Eurohome" tikinti materialları bazarında qeydə alınıb. Bazarda mühafizəçi işləyən 31 yaşlı Elmar Canatov iş yerində güllələnib.

İlkin məlumata görə, güllə mühafizəçinin ağız boşluğuna atılıb.

Elmar Canatov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həyati təhlükəsi var.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatda isə bildirilib ki, hadisəni törədən tutulub.

Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.

Onun Elmar Canatovun yeznəsi olduğu bildirilir.