backend

İran amerikalı məhbusları azad etdi

İran amerikalı məhbusları azad etdi



İran “Washington Post” qəzetinin müxbiri Jason Rezaian və daha üç amerikalını həbsxanadan azad edib. 39 yaşlı Rezaian ötən il İran məhkəməsi tərəfindən casusluq ittihamı ilə məhkum edilmişdi.

Hazırda azad olunmuş amerikalıların təyyarə ilə İsveçrəyə aparıldığı xəbər verilir. Buradan onlar tibbi müayinədən keçmək və mümkün müalicə almaq üçün ABŞ-ın Almaniyadakı hərbi-hava bazasına köçürüləcəklər.

Bununla əlaqədar, ABŞ hökuməti Amerika həbsxanalarında olan 7 iranlıya “mərhəmət göstərilməsi” qərarına gəldiyini bəyan edib.