backend

Tovuzda 77 yaşlı kişini avtomobil vurub

Tovuzda 77 yaşlı kişini avtomobil vurub



Tovuzda piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1939-cu il təvəllüdlü İsfəndiyar Abbasov yolu keçmək istəyərkən hələlik markası məlum olmayan avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən qaçıb.

Piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ baldırın sınığı diaqnozu qoyulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.